2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
24 saat

Lavrov ABŞ-ın Rusiyada “rəngli inqilab” planından danışıb

“Rusiya vətəndaşlarına Amerika vizası verilməməsinin acığını ABŞ vətəndaşlarından çıxmayacağıq”.

Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib: “Kim hesab edirdisə ki, indiki vəziyyətdə pis nümunə yolxucu olacaq, yanılıb”.

Saytların yığılması Saytlarin yigilmasi

Lavrov belə təşəbbüslərin müəlliflərini “rəngli inqilabların” potensial təşkilatçıları adlandırıb: “Bu qərarların amerikalı müəllifləri Rusiya vətəndaşlarının narazılığına gətirib çıxaran növbəti cəhdə imza atıblar. Bu tanış məntiqdir. Rəngli inqilabları təşkil edənlərin məntiqi…”.

Lavrov məlum qərarı ABŞ-ın Rusiyadakı diplomatik missiyasında ixtisarlarla əlaqələndirməyərək həqiqi səbəbini tam başqa olduğunu bildirib: “Bu məsələdə siyasi çaların olduğu hər kəsə məlumdur”.

ABŞ avqustun 23-dən Rusiyanın bütün ərazisində qeyri-miqrasiya vizalarının verilməsini dayandırır. Bunun Rusiya hökumətinin Moskvada 755 amerikalı diplomatı ixtisara salmasına cavab olduğu ehtimal edilir.
Qeyd edək ki, “Qrin kart” üzrə Rusiyanın kvotası 4 min olduğu halda ötən il müraciətçilərin sayı 265 min nəfər olub.

Gültəkin

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button