Loading...
Loading...
Dünya

Lavrov: Azərbaycanla Ermənistan arasında nəqliyyat sadələşdirilmiş rejimdə işləyəcək

“Azərbaycanla Ermənistan arasında kommunikasiya əlaqələri sadələşdirilmiş rejimdə işləyəcək və burda Ermənistan ərazisinin suverenliyi ilə bağlı heç bir qeyri-müəyyənlik ola bilməz”.

Azadlıq Radiosu erməni xidmətinin məlumatına görə, bunu Rusiyanın xarici işlər Sergei Lavrov iyunun 9-da Yerevanda ermənistanlı həmkarı Ararat Mirzoyanla keçirdiyi birgə mətbuat konfransında deyib.

Qeyd edək ki, Lavrov iyunun 8-də Yerevana ikigünlük işgüzar səfərə gəlib. Sabah Yerevanda Ermənistnaın da üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ölkələri nazirlər şürasının toplantısı keçiriləcək.

“Bildiyiniz kimi ErmənistanAzərbaycan arasında dəmir yolu marşrutu razılaşdırılıb. Hazırda isə avtomobil marşurutu ilə bağlı razılaşma yekunlaşmaq üzrədir. O, sadələşdiriləcək, amma mütləq Ermənistan ərazisinin suverenliyinin tanınmasına əsaslanacaq, çünki burada ikimınalıq -heç bir qeyri-müəyyənlik ola bilməz. Bunlar yerli infrastrukturun qurulması ilə bağlı praktiki şeylərdir, ona görə də burada kəsməzdən əvvəl on dəfə ölçmək daha yaxşıdır. Və bizdə belə bir fikir var ki, həm azərbaycanlı, həm də erməni tərəfdaşlarımız bu mövqedən çıxış edirlər” deyə, Sergei Lavrov bildirib.

Amma mənbə yazır ki, Lavrov “sadələşdirilmiş rejim”in nə demək olduğuna aydınlıq gətirməyib.

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyansa həmin mətbuat konfransında Azərbaycanla əlaqələrin bərpasına toxunarkən deyib ki, regionda əlaqələrin açılması yeni imkanlar yarada bilər.

Mirzoyan bu məsələ ilə bağlı baş nazir müavinləri səviyyəsində fəaliyyət göstərən komissiyanın müsbət nəticə əldə edəcəyinə ümidlə yanaşdığını vurğulayıb.

Mirzoyan Lavrovla görüşün konstruktiv və səmimi olduğunu bildirib.

Azadlıq Radiosunun erməni xidməti yazır ki, görüşdə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasına dair mümkün sənəd, sərhədlərin demarkasiyası və təhlükəsizliyi o cümlədən regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycan 2020-ci ilin payızında İkinci Qarabağ müharibəsində, 30 ilə yaxın Ermənistan ordusunun işğalında olan Dağlıq Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Həmin ilin 10 noyabr razılaşması ilə (Azərbaycan, Ermənistan və Rusiya arasında) döyüşlər dayandırılıb, Laçın dəhlizi və Qarabağdakı erməni icması ilə Azərbaycan ordusu arasındakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Amma tərəflər arasında hələ ki, yekun sülh müqaviləsi imzalanmayıb.

24 saat” “
Lavrov: Azərbaycanla Ermənistan arasında nəqliyyat sadələşdirilmiş rejimdə işləyəcək
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Gözdən qaçırmayın:  Avropa Parlamenti Ukraynaya namizəd statusu verməyə çağırdı

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button