2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Lavrov: “Azərbaycan Qarabağ ermənilərinin hüquqlarını təmin etməyə hazırdır”

Yayımlandı: 1 Dekabr 2022 14:37

O, Ermənistanın son günlər statusdan daha çox hüquqlardan danışdığını deyib

“Azərbaycan tərəfi Qarabağ ermənilərinin hüquqlarını təmin etməyə hazırdır”.

Saytların yığılması Saytlarin yigilmasi

Bu açıqlamanı Rusiyanın xarici işlər naziri Sergey Lavrov dekabrın 1-də keçirdiyi mətbuat konfransında səsləndirib.

Nazir vurğulayıb ki, son vaxtlar Ermənistan rəhbərliyi Qarabağdakı ermənilərin statusundan daha çox onların hüquqlarından danışır:

“Azərbaycan Qarabağ ermənilərinə Azərbaycanın digər vətəndaşlarının malik olduğu hüquqlarla bağlı təminat verməyə hazırdır”.

Ermənistanın və Azərbaycanın rəsmi şəxsləri S.Lavrovun açıqlaması ilə bağlı hər hansı şərh verməyiblər.

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında qarşıdurma başlayıb.

Ümumilikdə 44 gün sürən və İkinci Qarabağ müharibəsi adlandırılan münaqişədə hər iki tərəfdən 6 mindən artıq hərbçi həlak olub.

Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Həmin ilin 10 noyabr bəyanatına (Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanıb) əsasən, döyüşlər dayandırılıb.

Bundan sonra Laçın dəhlizində və Qarabağda Rusiya sülhməramlıları yerləşdirilib.

İkinci Qarabağ müharibəsindən öncə, 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.

Münaqişə SSRİ dönəmindən Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə başlayıb.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button