2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Lavrov: “Bu, Əsədi devirmək cəhdidir”

Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatının (KSQT) Suriyanın İdlib vilayətində kimyəvi silahdan istifadə olunduğu barədə bəyanatı Suriya rejimini dəyişmək cəhdidir.
Publika.az TASS agentliyinə istinadən xəbər verir ki, bunu Astanada Rusiyanın xarici işlər naziri Sergey Lavrov söyləyib.
“Hesab edirəm ki, bu çox ciddi vəziyyətdir. Görünür, kimyəvi silahın Suriya hökuməti tərəfindən tətbiq edildiyi barədə yalan informasiya 2254 saylı qətnamənin icrasından çəkilmək üçün istifadə olunur. Qətnamə Suriyadakı bütün tərəflərin iştirakı ilə siyasi tənzimləməni nəzərdə tutur”, – o qeyd etdi.
Qeyd edək ki, KSQT Suriyanın İdlib vilayətində kimyəvi silahdan istifadə olunduğunu təsdiqləyib.
“Üç nəfərin üzərində aparılan analizlərin nəticələri ölənlərin zarin və yaxud ona bənzər kimyəvi maddədən zəhərləndiklərini göstərib. Eyni nəticə xəstəxanada müalicə alan 7 nəfərdə də qeydə alınıb”, bəyanatda deyilir.
Xatırladaq ki, Suriyanın İdlib vilayətinin Xan-Şeyhun yaşayış məntəqəsinə kimyəvi hücum aprelin 4-də baş verib. Hadisə nəticəsində 80-dən çox insan ölüb, 500-dən çoxu xəsarət alıb. Suriya ordusunun komandanlığı və silahlı müxalifət qüvvələri bir-birini kimyəvi silahdan istifadə etməkdə ittiham edib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button