Now Reading:
Lavrov: “Ermənistanla münasibətlərdə rəsmi mövqeləri əsas götürürük”

“Əlbəttə ki, ekspertlərə qulaq asmaq lazımdır. Lakin ekspertlərin nə deməsindən asılı olmayaraq, biz Rusiyanın xarici siyasəti ilə məşğul olan bir qurum kimi rəsmi mövqeləri əsas götürürük. Bu gün Ermənistanın Rusiya ilə münasibətlərdəki rəsmi mövqeyini XİN başçısı da səsləndirdi”.

APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov ermənistanlı həmkarı Zöhrab Mnatsakanyanla apardığı danışıqların yekunlarına dair mətbuat konfransında bildirib.

Erməni jurnalistin “Rusiyanın dövlət telekanallarında çıxış edən siyasi ekspertlər Ermənistanı anti-Rusiya siyasəti aparmaqda günahlandırırlar. Onların fikrincə, Ermənistanda baş verən proseslərin arxasında Qərb dayanıb. Rəsmi Moskva ekspertlərin bu mövqeyini bölüşürmü?” sualına cavab verən Sergey Lavrov ölkəsinin Nikol Paşinyanın baş nazir vəzifəsinin icrasına başladığı andan ortaya qoyduğu rəsmi mövqeni əsas götürdüyünü söyləyib: “Bu gün həmin mövqeni Ermənistan xarici işlər naziri də səsləndirdi”.

QR:  <?php the_title(); ?>

1 comment

  • 24saat

    Salam ! Mən belə bir məlumat oxumuşam ki, təqaüdə cixandan sonra 6 il fasiləsiz işləyən vətəndaşın təqaüdündə artım olmalıdır. Amma bu artım mənə şamil edilməyib. Bu barədə məlumat vermənizi xahiş edirəm. Məlumat ücün bildirirəm ki , 2006 – cı ilin iyun ayında təqaüdə cıxmışam və 2012 -ci ilin avqust ayına qədər işimi davam etdirmişəm.

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.