Loading...
Loading...
SEÇMƏ

Lavrov G20 sammitini yarımçıq tərk edib

Yayımlandı: 8 İyul 2022 16:41

Diplomatlar rusiyalı nazirlə şəkil çəkdirməyiblər

Rusiyanın xarici işlər naziri Sergey Lavrov G20 sammitini tərk edib.

Rusiyalı diplomat sammitin günortadan sonrakı hissəsində – rəsmi naharda və işçi sessiyasında iştirak etməyəcək.

Bildirilir ki, ABŞ və digər ölkələr Ukraynanın işğalı ilə əlaqədar Rusiyanın xarici işlər naziri Sergey Lavrovla birgə şəkil çəkdirməkdən yayınıblar.

Onunla foto paylaşmaqdan imtina edilməsinə münasibət bildirən Lavrov:

“Heç kəsi şəkil çəkdirməyə dəvət etmədim”,- deyə reaksiya verib.

“Reuters” xəbər verir ki, görüşün əvvəlində Rusiya xarici işlər naziri Lavrov indoneziyalı həmkarı Retno Marsudi ilə əl sıxarkən nazirlər:

“Müharibəni nə vaxt dayandıracaqsınız? Niyə müharibəni dayandırmırsınız?”, – deyə qışqırıblar.

“Bild” yazır ki, Lavrov iclası Almaniya xarici işlər nazirinin çıxışından bir neçə dəqiqə öncə – vaxtından əvvəl tərk edib.

G7 nazirlərinin naharda iştirak etməməsinə gəlincə, Lavrov onları nəzakətsizlikdə və protokol qaydalarına əməl etməməkdə günahlandırıb.

Xatırlatma

Rusiya Prezidenti Vladimir Putin Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan etdikdən 2 gün sonra, fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlayıb.

Dünyanın əksər ölkəsi Rusiyanın hücumunu pisləyib. Bundan sonra Avropa Birliyi ölkələri, eləcə də ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq edib. 600-dən çox rusiyalı oliqarx, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov sanksiyalara məruz qalıblar. Rusiyada təşkil olunacaq yarışlar təxirə salınıb, bu ölkənin adı mühüm tədbirlərdən və təşkilatlardan çıxarılıb.

Aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib.

Rusiya isə Avropa Şurası üzvlüyündən çıxıb.

Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur.

İyunun 25-də Avropa İttifaqının 12 ölkəsi Rusiya qazının tədarükündən tamamilə və ya qismən imtina edib.

Meydan TV

Gözdən qaçırmayın:  “Hərbi xidmətdə barmaqlarımı itirmişəm, əlilliyimi ləğv ediblər”

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button