2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Lavrov MDB ölkələrini hədələdi: “NATO-ya girmək istəyənlərlə münasibətlərimiz korlanacaq”

“NATO-ya daxil olmağı özünün prioriteti hesab edən ölkələrlə münasibətlərimiz ciddi şəkildə korlanacaq”.
Bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov “Kommersant” qəzetinə müsahibəsində deyib.
NATO rəsmilərinin Gürcüstanı Abxaziya və Cənubi Osetiyasız alyansa qəbul etməyin mümkünlüyü barədə bəyanatlarına toxunan Rusiya XİN başçısı bunun baş verəcəyi təqdirdə, ölkəsinin hansı addımları atacağını açıqlayıb: “Əgər Gürcüstan NATO-ya üzv olsa, sizə söz verirəm ki, müharibəni biz başlamayacağıq. Lakin Şimali Atlantika Alyansı və bu alyansa qoşulmağı özləri üçün prioritet hesab edən ölkələrlə münasibətlərimiz ciddi şəkildə korlanacaq. Bundan başqa, Brüsseldə artıq NATO-nun müdafiə alyansından yer kürəsinə demokratiya və təhlükəsizlik gətirən alyansa çevrilməsinin vacibliyi barədə tezislər irəli sürməyə başlayıblar. Hegemonluq, özünü müstəsna hissi – liberallara hər şey olar, qeyri-liberallar isə itaət etməlidirlər”. (APA)

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button