2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Lavrov Qarabağa görə Türkiyəni ittiham edib

«Moskva Dağlıq Qarabağda müddətsiz atəşkəsə ciddi əməl edilməsinin tərəfindədir».

Rusiya xarici işlər naziri Sergei Lavrov bunu ermənistanlı həmkarı Eduard Nalbandian-la birgə Yerevanda keçirdiyi mətbuat konfransında söyləyib.

O qeyd edib ki, atəşkəs barədə razılığa prinsipial olaraq əməl edilməlidir. Atəşkəs haqqında 1994-95-ci illərdəki razılıq bir daha pozulmamalıdır:

Saytların yığılması Saytlarin yigilmasi

«Siyasi tənzimlənməyə gəlincə, biz hər şeyi etməyə hazırıq və hər şeyi etmək lazımdır ki, yeni zorakılıq və insident baş verməsin».

Ermənistanın xarici işlər nazir Eduard Nalbandian isə bildirib ki, Dağlıq Qarabağdakı son hadisələr danışıqlar prosesini geriyə atıb: «Təhlükəsizlik və sabitliyə ciddi zərbə dəydi. Düşünmək lazımdır ki, bunun nəticələrini necə aradan qaldıraq. Bu hadisələr danışıqlar prosesini geri atdı».

Münaqişənin tənzimlənməsindən ötrü Moskvanın konkret nə edəcəyi sualına S.Lavrov yayındırıcı cavab verib. O deyib ki, atəşkəsə əməl olunmalı, zorakılıqdan imtina edilməlidir.

S.Lavrov Türkiyəni qızışdırıcılıqda ittiham edərək Türkiyə rəhbərliyinin bəyanatlarını pisləyib, bunu sülhə yox, müharibəyə çağırış adlandırıb.

Elə bu gün S.Lavrov Ermənistan prezidenti ilə görüşəcək. Əsas danışıqların da orada aparılacağı bildirilir.

Hələlik, S.Lavrov Yerevana gətirdiyi ideyaların detallarını açıqlamayıb.

azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button