Now Reading:
Lavrov Trump-ı nüvə sazişinə zərbə vurmaqda suçlayır

Rusiyanın xarici işlər naziri Sergei Lavrov ABŞ prezidenti Donald Trump-ı İranın nüvə sazişinə zərbə vurmağa çalışmaqda suçlayır. O, Trump-ın bəyanatlarının sazişin ləğvinə apara biləcəyini deyib.

Yanvarın 15-də Moskvada illik mətbuat konfransında danışan Lavrov deyib ki, Trump-ın “son bəyanatlarının məqsədi nüvə sazişini məhv etməkdir” və bu bəyanatlar “nikbinlik və sabitliyə əsas vermir”.

“Təəssüf ki, amerikalı həmkarlarımız hələ də yalnız əmr və ultimatum dilində çalışmaq istəyirlər. Onlar dünya siyasətinin digər mərkəzlərinə qulaq asmaq istəmirlər və buna görə də çoxqütblü dünyanın yaranması reallığını qəbul etmək istəmirlər”, – Lavrov deyib.

İranın ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, Rusiya və Çinlə imzaladığı nüvə sazişinin məqsədi Tehranın nüvə silahları hazırlamasını önləməkdir. Əvəzində İrana beynəlxalq sanksiyalar yumşaldılıb.

Trump deyir ki, Avropa dövlətləri sazişdəki “dəhşətli qüsurları” düzəltməsə, Birləşmiş Ştatlar sazişdən çıxa bilər.

TRUMP-IN TƏLƏBLƏRİ

Trump yanvarın 12-də deyib ki, sazişə uyğun olaraq, İrana sanksiyaların ertələnməsi müddətini uzadıb, yəni sənəd indilik qüvvədə qalıb.

Amma o, sazişin 120 gün ərzində başqa bir razılaşmayla gücləndirilməsini istəyir.

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.