2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Lavrov  və Bayramov Qarşılıqlı Müttəfiqlik haqqında Bəyannamənin icrasını müzakirə edib

 

   Bakı/21.03.22 Martın 21-də Azərbaycan və Rusiya xarici işlər nazirləri arasında telefon danışığı olub, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Ceyhun Bayramov və Sergey Lavrov regiondakı mövcud vəziyyəti, o cümlədən 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatların icrasını müzakirə ediblər.

Saytların yığılması Saytlarin yigilmasi

Nazirlər Ukrayna ətrafındakı vəziyyət, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparıblar.

  Öz növbəsində, Rusiya Xarici İşlər Nazirliyi bildirib ki, söhbət zamanı “Rusiya və Azərbaycan prezidentləri tərəfindən fevralın 22-də imzalanmış Qarşılıqlı Müttəfiqlik  haqqında Bəyannamənin müddəalarının icrası” müzakirə olunub.

 Nazirlər 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli sazişlərin “əsas” müddəalarının icrasını, habelə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanmasını nəzərdən keçiriblər.

   Tərəflər həmçinin “3+3” regional platforması (Azərbaycan – Ermənistan – Gürcüstan + Rusiya – İran – Türkiyə) çərçivəsində gələcək addımları müzakirə ediblər.

    Həmin gün Lavrovun Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla da telefon danışığı olub. Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli sazişlərin ciddi şəkildə yerinə yetirilməsinin, o cümlədən Ermənistan-Azərbaycan sərhədinin delimitasiyasına tezliklə başlanmasının  vacibliyi vurğulanıb.

“Regionda nəqliyyat və iqtisadi əlaqələrin bərpa olunması bir daha təsdiqləndi. Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin bağlanması məsələsinə toxunulub, Rusiya buna hər cür kömək göstərməyə hazırdır”, Rusiya Xarici İşlər Nazirliyi xəbər verir. -02D-

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button