Loading...
Loading...
Xəbərlər

Lavrov və Çavuşoğlu bir sıra beynəlxalq mövzuları müzakirə ediblər

Bakı/06.01.22 Yanvarın 6-da Rusiya və Türkiyənin xarici işlər nazirləri Sergey Lavrov və Mövlud Çavuşoğlu telefonla bir sıra beynəlxalq mövzuları müzakirə ediblər.

Əsasən, Cənubi Qafqazda vəziyyətin normallaşdırılması üzrə “3+3” formatı müzakirə edilib. Formatın ilk görüşü (Gürcüstanın iştirakı olmadan) 10 dekabr 2021-ci ildə Moskvada keçirilib. Yaxın vaxtlarda növbəti görüşün eyni tərkibdə hazırlanması razılaşdırılıb, Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Sonra Lavrov TürkiyəErmənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində səyləri dəstəkləyib.

“Nazirlər Qazaxıstanda baş verən hadisələrlə əlaqədar konstitusion düzənin bərpası ilə bağlı bu ölkə rəhbərliyinin səylərini dəstəklədiklərini bildiriblər.

Lavrov kənar qüvvələrin dövlətin təhlükəsizliyini və ərazi bütövlüyünü pozmaq cəhdləri şəraitində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının xəttilə Qazaxıstan hakimiyyətinə yardım göstərilməsilə bağlı bu ölkə  prezidentinin müraciətinə cavab olaraq görülən tədbirlər barədə məlumat verib. 02D-

 

Turan

“24 saat”

Gözdən qaçırmayın:  Bayden və Putin Kennedi və Xruşev ola biləcəklərmi?

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button