Lavrova ABŞ-a çağırış etdi: “Hərbi müdaxilə riskli yoldur!” - 24 saat xəbərlər
Now Reading:
Lavrova ABŞ-a çağırış etdi: “Hərbi müdaxilə riskli yoldur!”

Lavrova ABŞ-a çağırış etdi: “Hərbi müdaxilə riskli yoldur!”

Rusiya xarici işlər naziri Sergey Lavrov ABŞ-ı Şimali Koreyaya qarşı hərbi müdaxiləyə başlamamağa çağırıb: “Çox ümid edirəm ki, bu yaxınlarda Suriyada olduğu kimi, Şimali Koreyaya da qarşı birtərəfli addımlar olmayacaq. Və ABŞ Donald Trampın seçkiöncəsi kampaniyada vəd etdiyi xətlə gedəcək”.

Rusiyalı nazir Şimali Koreyanın nüvə və raket avantürasını da qınayıb. Lakin onu da qeyd edib ki, ABŞ vitse-prezidenti Mayk Pensin son açıqlaması Şimali Koreyaya qarşı birtərəfli hücum təhdidi kimi başa düşülür ki, bu da riskli yoldur. Xatırladaq ki, Pens Şimali Koreyaya qarşı münasibətdə strateji dözüm erasının başa çatdığını bildirmişdi.

Gültəkin

24saat.org

Mənbə – azadliq.info

Input your search keywords and press Enter.