2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Lavrovdan Qarabağ açıqlaması: “İşğal olunmuş ərazilərin qaytarılması tələbi qüvvədədir”

“Dağlıq Qarabağın yekun statusunun müəyyən edilməsi şərti ilə ərazilərin azad olunması tələbi qüvvədədir”.

Publika.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov 2016-cı ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, münaqişə artıq Azərbaycanın daxili işi deyil:

Saytların yığılması Saytlarin yigilmasi

“BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı məlum qətnamələri var. Rusiya və ATƏT-in vasitəçiliyi ilə işğal olunmuş ərazilərin azad olunması tələbi qüvvədədir. Lakin güc tətbiqi istənilən halda qəbul edilməzdir”.

Lavrov təmas xəttində insidentlərin araşdırılması üçün nəzərdə tutulan mexanizmlərin qurulmamasından təəssüfləndiyini açıqlayıb.

“Bu, ATƏT daxilində razılığın olmadığına görə belə qalıb. Razılığın olmamasının səbəbləri barəsində bu təşkilatın nümayəndələrindən soruşmaq olar”, – deyə o bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button