2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
GündəmSiyasət

Lavrovdan Qarabağ açıqlaması: “Təlaşa səbəb yoxdur”

“Ermənistan parlamentinin Dağlıq Qarabağın müstəqilliyini tanımaqla bağlı müzakirə aparacağı ilə bağlı xəbərlərdən təlaş keçirməyə səbəb yoxdur, çünki Ermənistan bəyan edir ki, regionun statusu birtərəfli qaydada müəyyən edilməyəcək”.

ANS PRESS-in məlumatına görə, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov “RİA Novosti”yə müsahibəsində deyib.

Nazir bildirib ki, Ermənistan bu məsələni müzakirə etmir: “Bu, parlamentin 2 üzvünün təklifidir. Ermənistan hökuməti də öz qanunlarına əsasən, bu qanun layihəsi üçün yekun rəy hazırlamalıdır. Mən İrəvanda olanda və daha sonra həmkarımla telefon danışığı zamanı, eləcə də aprel hadisələrindən sonra o, Moskvaya gələrkən aydın şəkildə bildirdilər ki, Ermənistan münaqişənin sülh yolu ilə həllinə sadiqdir. Bu, o deməkdir ki, Dağlıq Qarabağın statusu birtərəfli qaydada deyil, ümumi razılıq əsasında müəyyənləşdiriləcək”.

Saytların yığılması Saytlarin yigilmasi

Eyni zamanda Sergey Lavrov yaxın zamanda ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə görüşün baş tutacağını da açıqlayıb.

“Planlaşdırırıq (görüşü), çünki iş yüksək diqqət tələb edir. Yaxın zamanlarda, yəqin ki, tərəflər arasında təmasın qurulmasını razılaşdıracağıq. Əlbəttə ki, hər iki tərəfin və həmsədrlərin iştirakı ilə. Bu iş kollektiv format tələb edir”, – deyə Lavrov Dağlıq Qarabağ üzrə yaxın zamanda hər hansı danışıqların baş tutacağı haqda sualı cavablandırarkən bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button