2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Lavrovla Mirzoyanın telefon danışığının detalları açıqlanıb

Yayımlandı: 10 Fevral 2023 17:27

Rusiya XİN: “Moskva Yerevanı razılaşmaları yerinə yetirməyə çağırıb”

Moskva Yerevanı əldə edilmiş razılaşmaları yerinə yetirməyə çağırıb.

Saytların yığılması Saytlarin yigilmasi

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov ermənistanlı həmkarı Ararat Mirzoyanla telefon danışığı zamanı deyib.

Məlumatı fevralın 10-da Rusiya Xarici İşlər Nazirliyi yayıb.

Bildirilir ki, telefon danışığı Ararat Mirzoyanın təşəbbüsüylə baş tutub.

“Rusiya tərəfi diqqəti regionda bütün nəqliyyat və iqtisadi əlaqələrin açılması, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası, Yerevanla Bakı arasında sülh müqaviləsinin parametrlərinin razılaşdırılması, habelə ictimai xadimlərin, ekspertlərin və parlamentarilərin dialoqunun təşviqi daxil olmaqla, 9 noyabr 2020-ci il, 11 yanvar, 26 noyabr 2021-ci il və 31 oktyabr 2022- ci il tarixli yüksək səviyyəli üçtərəfli razılaşmaların həyata keçirilməsi üzrə işlərin tezliklə bərpasının vacibliyinə yetirib”, – deyə məlumatında qeyd olunub.

Fevralın 9-da isə Rusiya Xarici İşlər Nazirliyinin Qarabağ üzrə xüsusi nümayəndəsi İqor Xovayev Yerevana gedib.

Onun Yerevanda Mirzoyanla danışıqlar apardığı bildirilir.

Bundan sonra isə Mirzoyan Sergey Lavrova zəng edib.

Fevralın 7-də Bakı Yerevana sülh sazişinin bağlanmasına dair növbəti təkliflərini verib. Amma A.Mirzoyan təkliflərin detallarını açıqlamayıb.

Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə isə Ararat Mirzoyanın istinad etdiyi təkliflərin bir neçə gün deyil, 15 gün əvvəl təqdim edildiyini bildirib.

O, Mirzoyanın bəyanatını manipulyasiya adlandrıb və sülh sazişi üzrə danışıqlar prosesinə mənfi töhfə verdiyini deyib.

XİN rəsmisi qeyd edib ki, Ermənistan özünü konstruktiv tərəf kimi təqdim etməklə beynəlxalq ictimaiyyəti çaşdırmağa çalışır.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button