2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Lavrov:”Qarabağ münaqişəsində razılaşdırılmamış kiçik və vacib detallar qalır”

“Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqlarda ümumi prinsiplər razılaşdırılıb, amma kiçik və çox vacib detallar hələ də həll olunmamış qalır”.

Bunu iyunun 6-da Kalininqraddakı Baltik universitetində tələbələrlə görüşdə Rusiyanın xarici işlər naziri Sergei Lavrov deyib.

Lavrov həmçinin danışıqlar prosesi barədə bir qədər ətraflı məlumat verib: “ Dəfələrlə bir araya gəlməyə yaxın olmuşuq (hətta ələlə vermək məsafəsində), amma sonradan kah bu, kah da digər tərəfdən inamsızlıq instikti yaranıb. Amma işi davam etdirmək lazımdır”, Lavrov vurğulayıb.

Saytların yığılması Saytlarin yigilmasi

O, bir daha qeyd edib ki, tərəflər bir araya gəlməyin yolunu hələ də razılaşdıra bilmirlər.

Lavrov həmçinin bildirib ki, münaqişənin həllində vasitəçi olan ATƏT-in Minsk qrupunun amerikalı və fransalı həmsədrləri dəyişə bilər:” İndi bizdə dəyişiklik olacaq. Çünki yeni ABŞ və Fransa prezidentləri özlərinin nümayəndlərini təyin etməlidirlər. Bu üçlük çərçivəsində kənardan balaca görünən, amma çox vacib detalların necə aradan qaldırılmasını götür-qoy edəcəyik”, lavrov deyib.

Xatırlatma

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib.

Qarabağ münaqişəsi ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr ölkələrdir.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button