Loading...
Loading...
Siyasət

Lavrovun sələfi onu Rusiyanın biabırçılığına görə istefa verməyə çağırıb

Rusiyanın keçmiş xarici işlər naziri Andrey Kozırev Rusiyanın Ukraynada qarşısında düşdüyü aciz duruma etiraz olaraq rusiyalı diplomatları istefaya çağırıb.

European Pravdaxəbər verir ki, Kozırev öz müraciətini “Twitter” səhifəsində yayıb.

“Mən bütün rus diplomatlarını etiraz əlaməti olaraq istefaya çağırıram. Hörmətli rus diplomatları, siz peşəkarsınız, ucuz təbliğatçı deyilsiniz. Mən Xarici İşlər Nazirliyində işləyəndə həmkarlarımla fəxr edirdim. İndi qanlı qardaş qırğınına dəstək vermək sadəcə olaraq mümkün deyil.”, – o yazıb.

Kozyrev, həmçinin Rusiya xarici işlər naziri Sergey Lavrovun çıxışından əvvəl Cenevrədəki beynəlxalq diplomatların BMT-nin İnsan Haqları Şurasının palatasını tərk etməsinin görüntülərini yayıb. O yazıb ki, rus diplomatları da bunu etməlidir.

Kozırev daha əvvəl Rusiyanın Ukraynaya təcavüzünü Sovet İttifaqının Əfqanıstandakı müharibəsi ilə müqayisə edərək bildirmişdi ki, Rusiya qalib gələ bilməz və qaçılmaz məğlubiyyətlə barışmalı olacaq, çünki Rusiya Federasiyası Ukrayna xalqına qarşı vuruşur və belə bir müharibədə qalib gəlmək mümkün deyil.

“Vaxt gələcək ki, Rusiya İkinci Dünya Müharibəsindən sonra Almaniyanın etdiyi kimi Ukraynaya təzminat ödəyəcək”, – deyə rusiyalı diplomat bildirib.

Kozyrev 1990-1996-cı illərdə Rusiya Xarici İşlər Nazirliyinə rəhbərlik edib, bu müddət ərzində Sergey Lavrov iki il onun müavini olub.

1993-2000-ci illərdə Rusiya Federasiyası Dövlət Dumasının deputatı olub. 

2012-ci ildən ABŞ-da yaşayır.

“24 saat”

Gözdən qaçırmayın:  Ukraynaya Avropa İttifaqına üzv qəbul edilmədi, amma namizəd oldu

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button