2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Lavrovun ‘yəhudi qanı’ söhbəti İsraili qəzəbləndirdi

Lavrov yəhudilər barədə fikirlərini İtaliyanın Mediaset telekanalına geniş müsahibəsində açıqlamışdı

Saytların yığılması Saytlarin yigilmasi

Rusiya xarici işlər naziri Sergey Lavrovun yəhudilər barədə dediklərindən dərhal sonra Rusiyanın İsraildəki səfiri bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.

Lavrov yəhudilər barədə fikirlərini İtaliyanın Mediaset telekanalına geniş müsahibəsində açıqlamışdı.

Bu müsahibə zamanı ona sual verilmişdi ki, Ukrayna prezidenti Volodimir Zelenski milliyyətcə yəhudi olduğu halda Moskva niyə Kiyevi nasistlikdə ittiham edir.

Rusiya XİN-in saytında dərc olunmuş mətnə görə Lavrov bu sualın cavabında deyib:

“O belə bir arqumet irəli sürür: əgər o yəhudidirsə onlarda necə nasifikasiya ola bilər. Səhv edə bilərəm, amma A.Hitlerdə də yəhudi qanı olub. Bunun məsələyə qətiyyən heç bir dəxli yoxdur. Müdrik yəhudi xalqı deyib ki, ən qatı antisemitlər bir qayda olaraq yəhudilərdir. Bizdə deyirlər ki, “ailə eyibsiz olmur”.

Lavrovdan üzr tələb olunub

İsrailin xarici işlər naziri Yayir Lapid deyib ki, Lavrovun sözləri “bağışlanmazdır, hiddət doğurandır və kobud tarixi səhvdir”.

Lapid daha sonra deyib:

““Hitler yəhudi olub” söyləmək – o deməkdir ki, yəhudilər özləri özlərini öldürüblər. Nasistlər yəhudiləri təqib edirdilər, yalnız nasistlər nasist idilər. Yəhudi xalqının sistematik məhv ediməsini yalnız nasistlər həyata keçirirdilər”.

Lapid deyib ki, İsrail Lavrovun üzrxahlığını gözləyir.

İsrailin baş naziri Naftali Bennet mayın 2-də Lavrovun dediklərini “yalan” adlandırıb və deyib ki, Lavrov əslində bununla yəhudilərin II Dünya Müharibəsində qırılmasının təqsirini onların öz üzərinə qoyub.

Bennet eyni zamanda siyasi məqsədlərlə Holokosta istinad edilməsinin dayandırılmasını tələb edib.

Hitlerin yəhudi kökləri barədə deyilənlər

Rusiya xarici işlər nazirinin dediklərini başqa yəhudi siyasətçilər və yəhudi təşkilatları, o cümlədən “Yad va-Şem” Holokost memorialının sədri Dani Dayan da pisləyib:

“Lavrov Hitlerin yəhudi əsilli olmasını deməklə qurbanları cinayətkara çevirib”.

Volodimir Zelenski ukrayn-yəhudi ailəsində doğulub və nasizmi rədd edərkən daim öz köklərinin yəhudilərə bağlılığını bəyan edib.

Hitlerin əcdadlarının arasında yəhudilərin olması fərziyyəsinə gəlincə isə, bunu ilk dəfə Nürnberq məhkəməsinin qərarı ilə asılmış Hans Frank irəli sürüb.

Bu fərziyyə elmi-tarixi baxımdan sübut edilməyib.

Fürer köklərinin yəhudilərə bağlılığını heç vaxt dilə gətirməyib, əksinə yəhudilərin məhv edilməsinə çalışıb.

24 saat” “
Lavrovun ‘yəhudi qanı’ söhbəti İsraili qəzəbləndirdi
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button