2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
İqtisadiyyat

Lazımsız e-mail-lər dünyaya zərər verir

Tamara Mustafayeva, Banco.az

“Gələnlər” bölməsindəki lazımsız, uzun və oxunmamış e-mail-lərə cavab verməmək üçün hər hansı bir bəhanəyə ehtiyacınız varsa, bir azdan oxuyacağınız məlumatlar sizə faydalı olacaq. E-mail-lər karbon ayaq izini artıraraq planetimizi məhvə aparır.

Karbon ayaq izi müəssisələrin fəaliyyəti dövründə istehsal olunan və ətraf mühitə zərər verən istixana qazındakı vahid karbon dioksid miqdarının ölçüsüdür.

Saytların yığılması Saytlarin yigilmasi

BBC tərəfindən yayımlanan hesabata görə, Birləşmiş Krallıqda yaşayan hər kəs hər gün bir ədəd daha az e-mail göndərərsə, bu halda hər il təqribən 18,114 ton karbon emissiyasının qarşısı alınmış olacaq. Qeyd edək ki, bu rəqəm İngiltərə-Avropa arası həyata keçirilən on minlərlə uçuşda havaya buraxılan karbon emissiyasına bərbabərdir. Bununla yanaşı, sözügedən rəqəm İngiltərənin illik istixana qazı emissiyalarının yalnız 0,0037%-nə uyğun gəlir.

The Financial Times nəşri isə bu hesabatı əsas götürərək bizi hər gün bir ədəd daha az e-mail göndərməyə təşviq edir. Belə ki, sadəcə “təşəkkür edirəm” yazıb göndərdiyimiz və ya cavab verməyin heç bir məna kəsb etmədiyi mail-ləri göndərməməli olduğumuz barəsində xəbərdarlıq edir.

Həmçinin oxu: Dünyanın ən böyük 7 PROBLEMİ

Bizi sosial şəbəkələrdən izləyin!!

Instagram

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button