2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşet

“Le Monde” İlham Əliyevi sərt tənqid etdi

Fransanın məşhur Le Monde qəzeti İlham Əliyevin Parisdə səfərdə olduğu vaxtda Azərbaycanın tanınmış hüquq müdafiəçiləri Leyla və Arif Yunusun ölkədəki vəziyyət haqqında o cümlədən, hakimiyyətin dəhşətli repressiyaları barəsində məqaləsini dərc edib.

Məqalə Fransa prezidenti Emanuel Makrona ünvanlanıb . 24saatorg saytı azadliqinfo-ya istinadən məqaləni ixtisarla təqdim edir.

Bu il ailə həyatı qurmağımızın 40 ili tamam oldu. təəssüf ki, biz bu hadisəni Azərbaycandan çox uzaqda hal-hazırda yaşadığımız Niderlandda qeyd etdik. Buna səbəb Əliyev rejiminin hər ikimizi həbsxanaya salması olmuşdur. Ölkədə mövcud olan repressiv rejim demokratiya uğrunda apardığımız mübarizəyə görə bizi həbsxanaya saldı. Azad edildikdən sonra biz 2016-cı ildə ölkəni tərk etməyə məcbur olduq. İndiki prezident İ.Əliyevin atası , DTK generalı H.Əliyev 93-cü ildə hakimiyyətə qayıdaraq ölkədə sərt avtoritar rejim qurdu. 2013-cü ildə hakimiyyətdə onu oğlu İlham Əliyev əvəzlədi. O, atasının yaratdığı sərt avtoritar rejimi insan hüquq və azadlıqlarının çox sərt şəkildə tapdalandığı diktaturaya çevirdi. İlham Əliyev əvvəllər 5 ildən bir seçki tamaşaları keçirməsi ilə kifayətlənməyərək prezidentlik üçün olan limiti aradan qaldırdı və əbədi prezidentliyi özüünə təmin etdi.

Ölkədə bütün seçkilər prezident aparatının təşkilatçılığı ilə keçirilir. Bütün seçkilər tamaşa xarakteri daşıyır. Heç bir real seçki yoxdur.

Saytların yığılması Saytlarin yigilmasi

Konsitutisyada göstərilməsinə baxmayaraq Azərbaycanda hakimiyyət bölgüsü yoxdur. Məhkəmələr təmamilə Prezident Administrasiyasından asılıdır və bu da siyasi repressiyaların güclənməsi və siyasi məhbusların sayının görülməyən həddə çatması ilə nəticələnmişdir.

2015- 2016- cı illərdə sonuncu müstəqil mətbuat orqanları da bağlanılıb. Hazırda xeyli jurnalist və blogger həbsdədir. İş o həddə çatıb ki , sosial şəbəkələrdə hakimiyyəti tənqid edən şəxslər də həbs olunur. Criminalaz. com və Basta. info saytının rəhbərləri istintaqa cəlb olunub. Onlar Gəncədə baş vermiş hadisələrlə bağlı yalan məlumatlar yaymaqda ittiham edilir. Absurd ondadır ki, Gəncə hadisələri ilə bağlı bir neçə gün ərzində bir-birinə tam əks olan məlumatlar yayan hakimiyyət mətbiatı ittiham edir. Bu hadisələrlə bağlı 4 sayt bloklanıb. Həbsxanalarda işgəncələr olduqca geniş yayılıb. Biz də həbsxanada olarkən ən müxtəlif işgəncə növlərinə məruz qalmışıq.

Bizdə olan məlumata görə hər il işgəncələr nəticəsində 5-7 nəfər həlak olur. Bu hadisələrə görə məsuliyyət daşıyan şəxslər isə cəzalandırılmır.Bu il aprel ayının 11-ində İlham Əliyev özünü yeni saxta seçkilər vasitəsi ilə 7 illik prezidentliyini təmin etdi. İyul ayının əvvəllərində ölkənin böyük şəhərlərindən biri olan Gəncənin rəhbərinə güllə atılmış şəxsin ( Yunis Səfərovun) üzündə dəhşətli işgəncə izləri görünən şəkli yayılmışdır. Bununla da hakimiyyət bir daha göstərdi ki, onun apardığı siyasətin başlıca məqsədi əhalini belə qeyri-insani hərəkətlərlə qorxutmaqdır.

Beləliklə, İlham Əliyev hakimiyyəti açıq şəkildə ölkə qanunlarına və beynəlxalq öhdəliklərə repressiya siyasətini davam etdirməklə sayqısızlıq göstərir. Bizi ən çox narahat edən odur ki, ölkədə amansız repressiya siyasəti aparan İ.Əliyev qərb ölkələrinə dəvət edilir və onun günahsız vətəndaşların qanına bulanmış əlləri sıxılır.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button