2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Lerik rayonuna güclü dolu yağıb – FOTO

Lerik rayonuna güclü dolu yağıb.

“Report”un verdiyi xəbərə görə, Lerik rayonunun Orand ərazisində dolunun 2-3 sm-ə qədər ölçüdə olduğu bildirilir. Lakin qısamüddətli olduğundan dam örtüklərinə ciddi ziyan dəyməyib.

Rayonun kəndləri ilə yanaşı, mərkəzdə də dolu nəticəsində yerdə buz qatı yaranıb. Yağan dolu meyvə ağaclarına və təsərrüfat sahələrinə ziyan vurub. Hələlik yağan dolunun rayon ərazisində hansı fəsadlar yaratdığı müəyyənləşməyib. Lakin rayonda rabitə və mobil telefon əlaqələrində ciddi fasilələr yaranıb. Güclü ildırım çaxması səbəbindən bir sıra ərazilərdə elektrik enerjisi verilişində məcburi açılmalar edilib. Bu da baş verə biləcək qəzalardan qorunmaq məqsədi daşıyır.

Saytların yığılması Saytlarin yigilmasi

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button