Sosial

Lerikdə sel 15 kəndə ziyan vurub

Yağan leysan yağışların nəticəsində yaranan sel suları Lerik rayonunda fəsadlar törədib. Adının çəkilməsini istəməyən rayon sakinlərindən birinin deməsinə görə, Kələxan kəndində sel ev quşlarını aparıb:

“Sel təsərrüfatımda nə qədər toyuq-cücə var idisə apardı”

“Leysan yağışı iyulun 18-də axşam saatlarında başladı. İki saat çəkdi. Elə bil göydən su tökürdülər. Bir anda aləm qarışdı. Sel suları təsərrüfatımda nə qədər toyuq-cücə var idisə apardı. Qorxduq ki, evi də aparar. Leysan yağışı bir az da çəksəydi, kəndi dağıdardı. Mənim 50 yaşım var, belə leysan yağışı görməmişəm. İşıqlar kəsildi, yağışdan sonra gördük ki, sel suları yolları da dağıdıb. ”

Lerik Rayon İcra Hakimiyyəti aparatından verilən məlumata görə, sel 15 kəndi əhatə edib, 20-dən çox həyətyanı sahəni su basıb.

Habil Məlikov, arxiv foto

Rayon icra hakimiyyəti başcısının müavini, Fövqəladə Hallar Komuissiyasının sədri Habil Məlikov fəsadların aradan qaldırlması istiqamətində işlərin getdiyini deyir:

“Kəndlər arası yollar tamamilə dağılıb”

“Kələxan və Qosmalian kəndləri arasında olan kəndlərə ziyan vurdu. Həmin vaxtları qaz, işıq, rabitə xətləri kəsildi, sonra bərpa olundu. Kəndlər arası yollar tamamilə dağılıb. Həmin ərazidə olan istirahət mərkəzlərinə də ziyan dəyib. Onlarla vətəndaşın təsərrüfati ziyan çəkib. Arı təsərrüfatlarına, tərəvəz sahələrinə, meyvə bağlarına, ev quşlarına ziyan dəyib. Orda bərpa işləri gedir. Fövqəladə Hallar Nazirlyin əmkdaşları hadisə yerindədirlər, ziyan müəyyənləşdirlir.”

Verilən ilkin məlumatlara görə, sel rayonda təqribən 200 hektara yaxın kartof sahəsinə, 60 hektardan çox meyvə bağlarına, 45 hektar tərəvəz sahəsinə ziyan vurub.

24 saat” “Lerikdə sel 15 kəndə ziyan vurub” başlıqlı yazını “Azadlıq Radiosu”na istinadən dərc edib.

Bənzər məqalələr

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button