2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Lerikdə 48 milyonluq su borularını “oğurlayanlar” kimdir? – Sakinlər etiraz edir

“Sakinlərin öz vəsaiti hesabına çəkdiyi dəmir boruları kəsib aparmaq qanunsuzdur”

Lerik sakinləri “Azərsu” Açıq Səhmdar Cəmiyyətindən şikayətçidirlər.

Bu barədə Arqument.az-a Lerikdən məlumat verilib. 

Saytların yığılması Saytlarin yigilmasi

Rayon sakini Üzeyir Məmmədli yazır ki, illər öncə rayon sakinlərinin öz hesabına çəkdirdiyi su boruları Qarabağa aparılmaq adı ilə sökülür. 

Sakinlər deyirlər ki, həmin su rayon mərkəzinə Zuvand mahalından çəkilib və dəmir su borularının xərcini də camaat öz hesabına çəkib. Daha sonra “Azərsu” həmin su xəttini rəsmiləşdirərək dövlət hesabına alıb. 

İctimai fəal Fuad Cəlilov sosial şəbəkə hesabında yazıb ki, yerli qurumlar da söküntüyə mane ola bilmirlər. 

O deyir ki, nə İcra Hakimiyyəti, nə deputat, nə də yerli hüquq-mühafizə orqanları bu söküntünü dayandır bilir, çünki söküntünü aparan şəxslər rəsmi sənəd təqdim edirlər. 

Bununla yanaşı, “Lerikdə İctimai Nəzarət” adlı ictimai qurum da su borularının “naməlum şəxslər” tərəfindən sökülərək aparıldığı barədə ölkə başçısına müraciət edib. 

Sakinlər isə qeyd edirlər ki, rayon mərkəzinə plastik borularla çəkilən su xətti tamamilə yararsız hala düşüb. 

Onların sözlərinə görə, bu dəmir boruları söküb həmin plastik borularla əvəzləyiblər. 

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti sakinlərin şikayət və müraciətlərinə məhəl qoymur. 

Köçərli Həsənov

“Sakinlərin öz vəsaiti hesabına çəkdiyi dəmir boruları kəsib aparmaq qanunsuzdur. Nə olsun illər sonra həmin su xəttini “Azərsu” hazıra-nazir olub dövlət qeydiyyatına salıb? Axı o suyun və xəttin çəkilməsinə sərf olunan bütün vəsait sakinlərin öz hesabına olub. Bu, qanunsuzdur və 68 min əhalisi olan Lerik rayonuna, ümumilikdə, leriklilərə sayğısızlıqdır”, – müraciət edən sakinlər belə deyirlər. 

Fuad Cəlilov isə deyir ki, böyük ehtimalla “Azərsu” bu boruları satışa çıxaracaq: “”Azərsu”nun Lerikdən çırpışdırdığı boruların Dərnəgüldə işlənmiş metal satışı bazasında peyda olacağı andını da kimsə içə bilməz”.

Sakinlər həmçinin bu söküntünün təşkilatşısı kimi İntiqam Tağıyev adlı şəxsin adını çəkirlər. Onun “”Azərsu” ASC-nin sədr müavini İlqar Tağıyevin qardaşı olduğu bildirilir. 

İlqar Tağıyev

“Azərsu” Açıq Səhmdar Cəmiyyətindən məsələyə münasibət öyrənmək mümkün olmayıb. 

Prezidenti İlham Əliyevin 4 aprel tarixli sərəncamı ilə “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov vəzifəsindən azad olunub. Onun yerinə hələ ki təyinat olmayıb. 

Hüseynovun səlahiyyətləri Köçərli Həsənova həvalə edilib. 

Köçərli Həsənov “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədr müavinidir. 

 “Lerikdə İctimai Nəzarət” adlı ictimai qurumun çəkdiyi süjet

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button