2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
24 saat

Lerikdə minik avtomobili dərəyə aşıb, 2 nəfər ölüb, 2-si yaralanıb

Lerik rayonunda minik avtomobili dərəyə aşıb.

Saytların yığılması Saytlarin yigilmasi

“Report”un Cənub bürosunun məlumatına görə, qəza nəticəsində “Toyota Land Cruiser” markalı avtomobilin sürücüsü və bir sərnişini ölüb, daha ikisi isə müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlardan biri Azərbaycan, digəri Rusiya vətəndaşıdır. Bunlar Lənkəran rayonu Dilyan kənd sakini, 1968-ci il təvəllüdlü Tağı Maşallah oğlu Tağızadə və Rusiyanın Xabarovsk vilayətinin sakini, 1980-ci il təvəllüdlü İrina Suvorova Yuriyevnadır.

Ölənlərdən ikisinin də kimliyi müəyyənləşib. Bunlardan biri Lənkəran rayonu Dilyan kənd sakini, 1982-ci il təvəllüdlü Rahim İdris oğlu Fərzullayevdir. Digər ölən şəxs isə Rusiyanın Xabarovsk vilayətinin sakini, 1979-cu il təvəllüdlü Yelena Anatolyevna Qolbadır.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button