2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Leş əti dönərxanalara necə daşınır: Dini liderə müraciət olundu

Qazax rayon sakini 1 tondan artıq mənşəyi məlum olmayan əti satmaq istəyən zaman saxlanılıb.

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən virtualaz.org saytına bildirib ki, idarəyə Qazax rayonunda mənşəyi məlum olmayan ətin satılması barədə əməliyyat məlumatı daxil olub. Keçirilən əməliyyat zamanı rayon sakini Ayaz Əliyev 1 tondan artıq mənşəyi məlum olmayan əti satmaq istəyən zaman saxlanılıb. Araşdırma nəticəsində məlum olub ki, A.Əliyev Qazax və ətraf rayonlardan əldə etdiyi xəstə və ölü heyvanların ətinin Bakı şəhərində satışını təşkil etmək istəyib. Ekspert rəyi ilə müəyyən edilib ki, aşkarlanan ət isitifadəyə tam yararsızdır və insan sağlamlığına ciddi təhlükə yarada bilər.

Qeyd edək ki, son zamanlar ölü heyvan ətinin satılması ilə bağlı məlumatlara tez-tez rast gəlinir. Leş ətin kolbasa sexlərinə satıldığı ehtimal edilir.

Saytların yığılması Saytlarin yigilmasi

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə sayta açıqlamasında bildirib ki, leş əti yalnız kolbasa sexlərinə deyil, həm də dönərxanalara paylanılır: “15 ildir leş ətlərin bazarlarda satıldığını, kolbasa sexlərində, dönərxanalarda istifadə edildiyini deyirik. Bölgələrdə icra hakimiyyətlərinin, bələdiyyələrin də bu məsələdən xəbəri var. Lakin Kənd Təsərrüfatı Nazirliyi də daxil olmaqla dövlət qurumları bu məsələyə biganə yanaşırdı”.

Hüquq müdafiəçisinin sözlərinə görə, tələb olmasa, təklif də olmaz. Belə ki, leş əti sifariş verilmədiyi halda satılmaz. “Dini qaydalara uyğun kəsilən ətlərdən kolbasa hazırlayan sexlər də var. Buna görə də, bütün kolbasa sexlərinin leş ətindən istifadə etməsini söyləmək yanlışdır. Amma dönərxanaların əksəriyyəti yararsız ətlərdən istifadə edir. Baxmayaraq ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi dönərxanalarla bağlı standartlar qəbul edib. Həmin standartlarda dönərxanalarda istifadə ediləcək ətlərin haradan alına biləcəyinə dair tələblər var. Amma araşdırmalar sübut edir ki, həmin mərkəzlərdən ət alınmır”,-təşkilat rəhbəri belə deyir.

E.Hüseynov hesab edir ki, bu problemin həllində ictimai qınaq vacibdir: “Ölkənin dini lideri də bu məsələ ilə bağlı cəmiyyətə mesaj göndərməlidir. İctimaiyyət aktiv olmalı, dövlət qurumlarından ətin yoxlanılmasını tələb etməlidirlər. Bazarlarda hələ də sağlamlıq üçün təhlükəli ətlər satılır”.

Təşkilat rəhbəri onu da qeyd edir ki, ötən ilin noyabrında sahibkarlıq fəaliyyətinin inkişafı üçün yoxlamaların dayandırılmasına qərar verildi. Bəzi işbazlar isə bu qərardan istifadə edərək istehlakçıların hüquqlarını pozurlar.

Virtualaz.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button