2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
GündəmSiyasət

Levon Ter-Petrosyan: “Ermənistan beynəlxalq təşkilatların dəstəyindən məhrumdur”

Ermənistan «Dağlıq Qarabağ respublikası»nın birtərəfli qaydada tanınmasından çəkinməlidir. Virtualaz.org xəbər verir ki, bunu «RİA Novosti»yə müsahibəsində Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan deyib.

O hesab edir ki, beynəlxalq təşkilatların və heç olmasa, bir-iki fövqəldövlətin fəstəyi olmadan təktərəfli tanıma çətin proqnozlaşdırılan və faciəvi nəticələrə gətirib çıxara bilər.

Ter-Petrosyanın fikrincə, Madrid prinsiplərində sözügedən referendumdan başqa, erməni diplomatiyası remedial secession (“xilas olmaq naminə ayrılma”) doktrinasından da istifadə etməlidir. Mənbə bildirir ki, həmin doktrinanın məğzi hər hansı bir ölkənin öz ərazisində yerləşən etnoərazi azlığın hüquqlarını tapdaması halında meydana çıxır və belə olan təqdirdə beynəlxalq ictimaiyyət icbari şəkildə həmin ərazini sözügedən dövlətdən ayırmalıdır.

Saytların yığılması Saytlarin yigilmasi

Keçmiş prezident bildirib ki, beynəlxalq ictimaiyyət gec-tez «DQR»in müstəqilliyini tanıyacaq.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button