2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Sosial

”Leyla Şıxlinskaya” cərimələndi: doğuşa gələn qadın əlil edilib

Məhkəmə klinikanı 114 min manat cərimələdi, klinikanın həkimləri haqqında cinayət işi başlanması üçün məhkəmə prokurorluğa xüsusi qərar göndərdi

Noyabrın 6-da Bakı Apelyasiya Məhkəməsində “Leyla Şıxlinskaya Klinikası”nın 114 min manat təzminat ödəməsi, səhlənkarlığa yol vermiş həkimlərin cinayət məsuliyyətinə cəlb edilməsi məqsədilə xüsusi qərar çıxarılıb prokurorluğa göndərilməsinə qərar verilib. Bu qərar 2017-ci il iyulun 17-də klinikada qeysəriyyə əməliyyatı zamanı komaya düşmüş, komada olarkən hər iki ayağı yanmış və zəhərin qanına yeriməsi nəticəsində beynində problemlər yaranan Kəmalə Atakişiyevaya görə verilib.

K.Atakişiyevanın yaxınları Xətai Rayon Məhkəməsində maddi və mənəvi ziyanın ödənilməsi tələbilə klinikaya qarşı 500 minlik iddia qaldırsalar da, hakim onu qismən təmin edib. Məhkəmə 40 min manat təzminat müəyyənləşdirib. Bu qərardan verilmiş apelyasiya şikayətinə Xumar Mərdanovanın sədrliyilə, İkram Şirinov və Elnur Həsənovdan ibarət hakimlər baxıb.

K.Atakişiyeva üç uşaq anasıdır. 2017-ci il iyulun 17-də üçüncü övladını dünyaya gətirmək üçün klinikaya daxil olan qadın sentyabrın 12-də oradan çıxarılıb. Səhhətində yaranmış problemlər üzündən, o, özünü idarə etmək iqtidarında deyil.

Saytların yığılması Saytlarin yigilmasi

K.Atakişiyevanın həyat yoldaşı Azər Atakişiyev bildirib ki, qərardan Ali Məhkəməyə şikayət veriləcək: “Gənc bir qadını məhv eləyiblər, birinci qrup əlil olub. Onu ömürlük şikəst eləməklə, bizim ailəmizi, üç uşağı da bədbəxt eləyiblər. İndiyə qədər çəkilən xərclər, mənəvi əzab bir yana, bundan sonra da ona nə qədər vəsait lazımdır. Azərbaycanda, Türkiyədə müalicəsi yoxdur. Deyilənə görə, İsraildə mümkündür, ona da 100 min dollara yaxın pul lazımdır”.

Klinikadan isə Azadlıq Radiosu-na bildirilib ki, K.Atakişiyevanın bu vəziyyətə düşməsində həkimlərin günahı olmayıb.

“Tibbi ekspertiza ona “dölyanı mayenin emboliyası” (dölyanı mayenin qadının damarlarına daxil olması – red.) diaqnozu qoyub. Bütün dünyada bu diaqnozla xəstələr adətən tələf olurlar, onları xilas eləmək çox çətindir. Sağ qalanda da mütləq hansısa fəsadları olur. Dünyada da elə bir tibbi avadanlıq yoxdur ki, bunu öncədən təyin edə bilsin”, – deyə “Leyla Şıxlinskaya Klinikası”nın direktoru Rafiq Dəmirçalov bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button