2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

“Leyla Şıxlinskaya”nın əməkdaşları məhkəmə qarşısında – 700 minlik yeyinti

“Leyla Şıxlinskaya” Klinikasında baş verən mənimsəmə və israf etmə cinayətində təqsirli bilinən bir qrup əməkdaşın barəsində olan cinayət işinin istintaqı tamamlanıb.

Trend xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Qeyd edək ki, “Leyla Şıxlinskaya” Klinikasının baş mühasibi vəzifəsində Şəhla Abbasova, mühasib Səkinə Əfəndiyeva, kassir Aytən Poladova və klinikanın daha 3 sabiq işçisi Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunurlar.

Saytların yığılması Saytlarin yigilmasi

Cinayət işi üzrə istintaq Baş prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Xatırladaq ki, Ş.Abbasova 4 il əvvəl Leyla Şıxlinskaya ilə mübahisəyə görə işdən çıxarılıb. Leyla Şıxlinskaya hüquq-mühafizə orqanlarına müraciət edərək, keçmiş işçilərini 700 min manatdan çox vəsaiti ələ keçirməkdə ittiham edib. Ş.Abbasova istintaqa ifadəsində klinikada ancaq rəsmi mühasibatlıq işlərinə cavabdeh olduğunu, daxil olan pulların böyük hissəsinin Şıxlinskayanın Nadya adlı yaxın adamının nəzarət etdiyi “qara kassa”da cəmləndiyini, oradan isə daşınmaz əmlak alınması və digər məqsədlər üçün xarici bank hesablarına köçürüldüyünü danışıb.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button