2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Leyla vә Arif Yunusla bağlı mәhkәmә-şou davam edir

Mayın 31-də Bakı Apellyasiya Məhkəməsində hüquq müdafiəçisi Leyla Yunus və həyat yoldaşı Arif Yunusun işi üzrə proses davam etdirilib. Mayın 17-də keçirilən ötən məhkəmədə Yunusların məcburi gətirilməsi haqda qərar çıxarılmışdı. Bugünkü məhkəmədə prosesə sədrlik edən Mirpaşa Hüseynov bildirib ki, hələlik qərarın nəticəsi yoxdur. Ona görə də məhkəmə iyulun 3-nə qədər təxirə salınıb.
Məhkəmədə həmçinin Yunusların vəkili Elçin Sadıqov hakimdən məcburi gətirilmə qərarının surətini istəyib. Hakim qərarın surətinin veriləcəyini desə də, son nəticədə sənəd vəkilə verilməyib.
Qeyd edək ki, Leyla Yunus və həyat yoldaşının səhhətində ciddi problemlər olduğundan, onların cərrahiyyə əməliyyatına ehtiyacı olduğundan şərti cəzadan sonra ölkədən çıxışlarına icazə verilmişdi. Hazırda onlar Hollandiyada yaşayırlar.
Əgər məcburi gətirilmə qərarı nəticə verməsə, Leyla və Arif Yunuslar haqqında axtarış qərarı çıxarılacaq.
Yunuslar 2014-cü ilin yayında həbs olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Leyla Yunus 8 il 6 ay, Arif Yunus isə 7 il azadlıqdan məhrum edilib. 2015-ci ilin dekabrında Bakı Apellyasiya Məhkəməsi hökmü dəyişərək, şərti cəza ilə onları həbsdən buraxıb. Eyni zamanda, sağlıq durumlarındakı problemlərlə əlaqədar müalicə məqsədi ilə onların ölkədən getməsinə icazə verilib. Amma sonradan Ali Məhkəmə həmin qərarı ləğv edib və işi yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərib. İndi işə yenidən baxılır.

azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button