2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Leyla Yunus və həyat yoldaşı axtarışa veriləcək

Yunusların işi üzrə yenidən apellyasiya məhkəməsi başladı

Aprelin 19-da Bakı Apellyasiya Məhkəməsində Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus və həyat yoldaşı, tarixçi alim Arif Yunusun yenidən məhkəməsi başlayıb.
Leyla Yunusun 8 il 6 ay, Arif Yunusun isə 7 il azadlıqdan məhrum edilməsi haqda Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünü 2016-cı ilin dekabrında Bakı Apellyasiya Məhkəməsi ləğv eləmiş, Yunuslar şərti cəza ilə azadlığa buraxılmışdı. Bundan bir müddət sonra onlar ölkəni tərk edərək, Hollandiyaya gediblər.
Bir müddət əvvəl isə Ali Məhkəmə Yunusların şərti cəza ilə azadlığa buraxılması haqda Bakı Apellyasiya Məhkəməsinin sözügedən qərarını ləğv elədi, iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərildi.
Leyla və Arif Yunuslar ölkədə olmadığından onlar məhkəmədə iştirak etməyib. Onların hüquqlarını müdafiə edən vəkil Elçin Sadıqov bildirib ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 avqust 2015-ci il tarixli hökmündən Yunuslar apellyasiya şikayəti vermişdilər. Qarşı tərəfin – prokurorluğun protesti, yaxud zərərçəkənin apellyasiya şikayəti olmayıb. Belə olan halda, apellyasiya məhkəməsi təqsirləndirilənlərin cəzasını ağırlaşdıra bilməz. Bütün bunları nəzərə alaraq, vəkil bildirib ki, Yunusların apellyasiya şikayətinə onların iştirakı olmadan baxıla bilər.
Vəkilin daha bir vəsatəti isə ona cinayət işinin materiallarında təxminən 300 səhifəlik sənədlərin surətinin verilməsi haqda olub.
Dövlət ittihamını müdafiə edən prokuror Abbas Abbaslı sənədlərin surətinin vəkilə verilməsinə etiraz etməsə də, apellyasiya baxışının Leyla və Arif Yunusların iştirakı ilə keçirilməsini istəyib. Fikrini də belə əsaslandırıb: “Ali Məhkəmə Bakı Apellyasiya Məhkəməsinin qərarını ləğv edib, işi yenidən apellyasiya baxışına göndərərkən öz qərarında apellyasiya şikayətinə məhkəmə istintaqı aparılmaqla baxılmasının zəruriliyini qeyd edib. Məhkəmə istintaqı aparılacaqsa, hesab edirəm ki, onların özləri də  iştirak etməlidir”.

Saytların yığılması Saytlarin yigilmasi

Mirpaşa Hüseynovun sədrlik etdiyi, Həsən Əhmədov və Vaqif Mursaqulovdan ibarət hakimlər kollegiyası Yunusların iştirakı məsələsinə münasibət bildirməyib. Amma sənədlərin surətinin vəkilə verilməsi haqda vəsatəti təmin edib.
Bu səbəbdən məhkəmə mayın 3-nə qədər təxirə salınıb.
Vəkil Elçin Sadıqov hesab edir ki, məhkəmə Yunusları axtarışa vermək niyyətindədir.
“Baxmayaraq ki, Ali Məhkəməyə müdafiə tərəfi olaraq biz şikayət vermişdik və apellyasiya məhkəməsinin qərarı da müdafiə tərəfinin kassasiya şikayəti əsasında ləğv olunub, amma ləğv qərarında göstərilən əsaslar ittihamedicidir. Yəni müdafiə tərəfinin xeyrinə olmayan əsaslarla ləğv olunub. Leyla və Arif Yunuslara qarşı apellyasiya şikayəti və ya apellyasiya protesti olmasa da, düşünürəm ki, məhkəmə qanunsuz olaraq, onları axtarışa vermək niyyətindədir. Amma bütün hallarda gələcək göstərəcək.
Əslində, ittiham tərəfi apellyasiya protesti verməyibsə, heç bir halda, apellyasiya məhkəməsi onların vəziyyətini Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündəkindən ağırlaşdıra bilməz.
Onu da deyim ki, Ali Məhkəmənin qərarında birbaşa “məhkəmə istintaqı aparılmalıdır” yazılmayıb. “Məhkəmə istintaqı” bəhanəsini Leyla və Arif Yunusların axtarışa verilməsinə yönəlmiş addım kimi dəyərləndirirəm”, -deyə vəkil məhkəmədən sonra “Azadlıq”a bildirib.

Azadliq.info

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button