2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
GündəmSiyasət

Əli Kərimli həbs edildi – VİDEO

AXCP sədri Əli Kərimli başda olmaqla bir çox cəbhəçini polis həbs edərək Səbail polisinə gətirib.

24saat.org xəbər verir ki, bu barədə “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı məlumat yayıb.
“Əli Kərimli içəridə polis idarəsindədir, digər cəbhəçiləri isə mühasirədə saxlayırlar. Hətta paylaşım etməyə, nəsə yazmağa belə imkan vermirlər. Bu, nə biabırçılıqdır, millətin ən əziz günlərindən birində ziyarətçiləri həbs etmək də nə demək?! Nə qədər məsuliyyətə girdiklərinin fərqində deyillər sanki! Millət o millət deyil artıq… Bütün cəbhəçilərə – başda Əli Kərimli olmaqla – azadlıq tələb edirəm!” – deyə Əvəz Zeynallı qeyd edir.

“Azadlıq” qəzetinin Facebook səhifəsinədə də hadisə ilə bağlı məlumat verilib:
“Şəhidlər Xiyabanında Dirçəliş Gününü qeyd etməyə polis imkan vermədi. Əli Kərimli və Milli Şura sədri Cəmil Həsənli polis idarəsinə aparıldı. Daha 30 nəfərin saxlanıldığı bildirilir”

https://www.facebook.com/24saat.org/videos/255223215151704/?t=0

Saytların yığılması Saytlarin yigilmasi

24saat.org Meydan TV-nin videosüjetini təqdim edir

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button