2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Əli Kərimlinin məhkəməsi başlayır – CANLI YAYIM

Əli Kərimli məhkəməyə gətirlib

Səbail rayon məhkəməsində AXCP sədri Əli Kərimli və digər partiya mənsublarına qarşı İnzibati Xətalar Məcəlləsinin 513.2-ci və 513.1-ci (Yığıncaqların, mitinqlərin, nümayişlərin, küçə yürüşlərinin və piketlərin təşkilinin və keçirilməsinin “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydasının toplantının təşkilatçısı tərəfindən pozulmasına görə) maddələri ilə ittihamı üzrə proses keçiriləcək.

24saat.org xəbər verir ki,  noyabrın 17-i saat 15 radələrində Dirçəliş günü ilə bağlı Şəhidlər Xiyabanına yürüş edən 60-70 nəfər AXCP üzvü arasında qarşıdurma yaranıb. Nəticədə, AXCP sədri Əli Kərimli və Milli Şura sədri Cəmil Həsənli də daxil olmaqla 52 nəfər ilə polis əməkdaşları tərəfindən saxlanılaraq Səbail Rayon Polis İdarəsinə aparılıb. Orada izahatı alındıqdan sonra 41 nəfər, o cümlədən Cəmil Həsənli sərbəst buraxılıb.

Qeyd edək ki, bu maddələrin sanksiyasında pul cəzası, ictimai işlərə cəlb etmə və ya 2 ay müddətinə inzibati həbs cəzası nəzırdə tutulub.

Saytların yığılması Saytlarin yigilmasi

Noyabrın 17-də saxlanılaraq barələrində inzibati protokol tərtib olunanların tam siyahısı:

1. Əli Kərimli- AXCP sədri, İnzibati Xətalar Məcəlləsinin 513.1, 513.2 maddələri irəli sürülüb
2. Ramid Nağıyev- 513.2 AXCP təşkilat şöbəsi
3. Ruslan Əmirov-513.2 Əli Kərimlinin könüllü mühafizəçisi
4. Tahir Həsənov- 513.2 Suraxanı şöbəsi, Babək və Bəhruz Həsənovun qardaşı
5. Cavid İbrahimli- 513.2 Xətai şöbəsi
6. Sərdar Qubadsoy-513.2 Xətai şöbəsi
7. Ağababa Cəfərli-513.2 Masallı şöbəsi
8.Əlixan Rəcəbov- 513.2 Masallı şöbəsi, 2-ci qrup əlil
9.Ramiz Cəfərov- 513.2, Xətai şöbəsi
10.Fatimə Mövlamova- 513.2 bloger
11. Nurlan Libre-513.2 Kanal13 internet televeziyasının əməkdaşı
12. Ruslan Qurbanlı-513.2, Nərimanov şöbəsi, 1000 manat cərimə edilərək sərbəst buraxılıb.

https://www.facebook.com/azadliqqazeti/videos/269990623862133/

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button