Bizim tərcümə

Lionel Messi kubok mərasimində təəccübünü gizlədə bilmədi! Qətər əmirindən ‘Bişt’ sürprizi

2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər

2022-12-19 09:43:14

Qətərdə keçirilən 2022 FIFA Dünya Kubokunun finalında Argentina 3-3 bitən matçın penaltilər seriyasında Fransanı 4-2 hesabı ilə məğlub edərək çempion oldu. Dünya çempionatında 26-cı matçını keçirərək rekord qıran Lionel Messi ilə Argentina 36 ildən sonra çempionluq həsrətinə son qoyub.

Mükafatlandırma mərasimində futbolçulara medalları Qətər Əmiri Şeyx Təmim Bin Hamed Al Sani, Fransa prezidenti Emmanuel Makron, Argentina Futbol Federasiyasının prezidenti Çiki Tapia, FİFA prezidenti Canni İnfantino və UEFA prezidenti Aleksander Çeferin təqdim edib. Qətər əmiri Şeyx Təmim Bin Hamed Al Sani Lionel Messiyə Qətərin ənənəvi paltarı geyindirib.

Saytların yığılması Saytlarin yigilmasi

Dünya futboluna damğasını vuran Messi nəhayət kolleksiyasındakı ən böyük çatışmazlığı tamamladı. Karyerasının son Dünya Kubokunu Qətərdə keçirən argentinalı superulduz illərdir arzuladığı ən böyük kuboku qazanmağı bacarıb və mərasimdə Qətər əmirinin ona biş verməsindən sonra təəccübünü gizlədə bilməyib.

Bişt nədir?

Fərqli rəng və bəzəklərdə hazırlanan Qətərin ənənəvi paltarı xüsusi və rəsmi günlərdə tez-tez seçilən geyimlər arasındadır. Boz, qara, qəhvəyi, ağ, bej kimi müxtəlif rəngləri olan Körfəz ölkələrində ərəblərin geyindiyi paltarlara bişt deyilir. Tam uzunluqda xalat formasında olan, lakin açıq qolları kəsiksiz olan bişt, xüsusi günlərdə və rəsmi tədbirlərdə kostyumun üzərinə geyilir.

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button