Loading...
Loading...
İqtisadiyyat

Lirə məzənnəsini saxlaya biləcəkmi – Qərb mediası

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan milli valyutanın məzənnəsini sabitləşdirmək üçün qeyri-ənənəvi metodları dəstəkləyir. Təhlilçilər isə bu addımlara skeptik yanaşırlar.

“Financial Times” qəzetində Laura Pitel yazır ki, Ərdoğan lirənin məzənnəsindəki son sabitlik dövrünü iqtisadiyyatın “Türkiyə tarixində ən güclü dönəm”ə daxil olmasının əlaməti adlandırıb.

Siyasi gediş

Ərdoğan faiz dərəcələrinin yüksək olmasına qarşı çıxır. Ötən il mərkəzi bankın uçot dərəcələrini bir neçə dəfə azaltması lirənin dollara qarşı ciddi dəyər itirməsi ilə sonuclandı. Bundan sonra görülən fövqəladə tədbirlər, bazara bir neçə milyard dolların buraxılması da daxil olmaqla, valyuta bazarlarını nisbətən sabitləşdirib.

Qəzet yanvarda inflyasiyanın 50 faizə çatdığını, lirənin sabitliyinin nə qədər çəkəcəyinin aydın olmadığını yazır.

Bəzi siyasi təhlilçilər Ərdoğanın erkən seçkiyə qədər vaxt qazanmağa çalışdığını düşünür. O, daha beş il prezident postunda qalmaqdan ötrü 2023-cü ilin iyununa planlaşdırılan parlamentprezident seçkisini irəli çəkə bilər.

“Qısamüddətli həll yolları siyasi baxımdan faydalı ola bilər. Bunun siyasi uğura çevrilməsi üçün uzun müddət çalışmağa ehtiyac yoxdur”, – Londonda yerləşən GPW konsultasiya şirkətindən Alp Coker deyir.

Beş məsələ

Məqalədə lirənin üzümüzə gələn aylarda möhkəm qalmasından ötrü beş məsələnin yolunda getməli olduğu vurğulanır.

Birincisi, Türkiyənin cari ödəmə balansındakı profisiti saxlaya bilməsidir. “Hakimiyyət ölkə xaricinə valyuta çıxmasına səbəb olan və lirə üzərində təzyiq yaradan ixracat və idxalat arasındakı xroniki disbalansı müsbət saldoya çevirmək üzərinə qumar oynayır”, – müəllif yazır.

Bunun üçünsə ölkədə istehlak məhdudlaşmalı, bu yay turizmdən yaxşı gəlir gəlməlidir. UkraynaRusiya arasında gərginliyin önlənməsi də vacibdir. Çünki münaqişə Türkiyənin idxal etdiyi enerjinin bahalanması deməkdir.

Digər vacib məsələlər türkiyəlilərin pullarını dollara çevirməsindən; xarici investorların Türkiyəyə qayıdışından; Türkiyə şirkətlərinin borclarını ödəmə müddətini uzatmasından; mərkəzi bankın bazara müdaxiləni davam etdirmək bacarığından asılı olacaq, qəzet yazır.

24 saat” “Lirə məzənnəsini saxlaya biləcəkmi – Qərb mediası” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Gözdən qaçırmayın:  Azərbaycanın əksər bankları Rusiyadan pul köçürmələrini dayandırıb

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button