Loading...
Loading...
Xəbərlər

Lirənin düşməsi – gözləntilər

* * *

Sual: Bir millət, iki dövlət oldugumuz üçün biz bu problemə daha həssaslıqla yanaşırıq. Bu hadisədə iki məqam təzadlı görünür. Birincisi odur ki, Turkiyə artıq həm iqtisadi, həm də siyasi cəhətdən o qədər güclənib ki, orada baş verən proseslər dünya gündəminin marağına səbəb olur. Digər tərəfdən, iqtisadi cəhətdən inkişaf etmiş dövlətin valyutasının qısa müddətdə kəskin devalvasiyası başadüşülən deyil. Ona görə xahiş edərdim ki, Türkiyə iqtisadiyyatının həm kəmiyyət, həm də keyfiyyət göstəricilərini digər qabaqcıl dövlətlərlə müqayisədə qısaca xarakterizə edəsiniz.

Cavab: İqtisadi cəhətdən inkişaf hələ bütöv inkişaf demək deyil. Qətər adambaşına görə dünyanın ən qazanclı ölkələrdəndir, amma inkişaf etmiş ölkələr arasında bir dənə də müsəlman ölkəsi yoxdur. Türkiyə bu il böyük artım əldə elədi, amma bu iqtisadi sürəti həzm eləyə bilmədi, belə naşılıq lirənin başında çatladı. Hər hansı sənaye artımı mütləq inflyasiyamilli valyutanın müvəqqəti ucuzlaşması ilə müşahidə olunmalıdır (nizamlanan səviyyəyə qədər), bu proses iqtisadi qanunlara uyğun olaraq tənzimlənməyəndə Türkiyədəki vəziyyətin alınması qaçınılmazdır, bunun da üstünə müsəlman emosionallığı gələndə daha ağır nəticələrə gətirib çıxarır. Àzərbaycanda Türkiyədə baş verən hərəkətlərə çox ciddi reaksiya verilir. Türkiyədə də həmçinin. 

Mən orada yaşamışam, işləmişəm, dərs demişəm, kitablar və məqalələr dərc etdirmişəm. Türkiyənin dövlət proqramlarının işlənməsində aktiv iştirak etmişəm. Orada da Azərbaycanda baş verən hər hansı bir hadisə xalq tərəfindən qəlbə, ürəyə çox yaxın qəbul olunur. Bu iki xalq hər cür bir – birinə baglidir.

O ki qaldı iqtisadi cəhətdən proseslərə yanaşmalara və müqayisələrə, Türkiyədə, ümumiyyətlə, bu proseslər o qədər də çox yüksək səviyyədə getmir. Bəzi ölkələrlə müqayisədə irəliləyişlər var. Xeyli, xüsusən Özalın vaxtında.  Ərdoğan  gələndən sonra da  xeyli irəliləyiş əldə olundu. Ancaq bu, başqalarının irəliləməsi fonunda çox zəif görünür. Məsələn, inkişaf etmiş ölkələrlə müqayisə edək. Ən yaxşı müqayisə Cənubi Koreya ilədir, çünki Cənubi Koreyanın azad olunmasinda və bu vəziyyətə gətirilməsində Türkiyənin çox böyük rolu olub və Koreya xalqı da bunu çox yüksək qiymətləndirir. O vaxt Sovet İttifaqı ora girəndə ölkəni dağıdırdı. Cənubu da kommunistlər almışdılar.  Avropa ölkələri və Amerika çox çalışdı, bunu xilas etməyə, bacarmadılar və o vaxta qədər ki türkləri dəvət etdilər. Türkiyəni dəvət edəndən sonra qısa zamanda bu problem həll edildi.

Ümumiyyətlə, biz koreyalılarla bir kökdən gəlmişik. Bizim dilimiz bir qrupdur, yaşayışımız, həyatımız bütövlükdə bir istiqamətdə gedir və əgər Türkiyə bu ölkə ilə bir istiqamətdə bir yolla inkişaf etsəydi,  çox böyük nailiyyətlərə gəlib  çıxardı.  Türkiyə bu ölkəni xilas edəndə Cənubi Koreya dünyanin ən zəif ölkəsi idi. Adambaşına düşən gəlir 50 dollar civarında idi. O vaxt Türkiyədə bu rəqəm 500-600 dollardan çox idi. Bundan sonra onların götürdüyü inkişaf səviyyəsi, Türkiyənin götürdüyü inkişaf yolu çox fərqli oldu. Onlar  çox qısa zaman kəsiyində Türkiyədən bir neçə dəfə artıq məhsul istehsal etməyə başladılar. Həm ixracatda, həm də idxalda. Türkiyənin ixracatı bu il bir az artıb. Son illərdə 160-170 mlrd. dollar, idxal isə ondan 40-50 mlrd. dollar ixracdan çox  olub və açığı xarici ticarət defisiti həmişə Türkiyədə fəaliyyət göstərib.

Amma o ölkə qısa zaman ərzində islahatlarla başladı və dünyanın ən inkişaf etmiş ölkəsinə çevrildi və bu gün təqribən 600 mlrd.dollar məhsul ixrac edir.  Türkiyənin ixracı  200 mlrd. dollar-a gəlib çatmır. Keçən il 160-170 mlrd. dollar səviyyəsində idi.  Onların ÜDM-i Türkiyənin ÜDM-indən 2.5 dəfə çoxdur. Onların büdcəsi Türkiyənin büdcəsindən 3 dəfə çoxdur. Onlar ərazi etibarilə çox kiçikdirlər. Türkiyənin ərazisindən 7,7 dəfə kiçikdir. Onların 108 min kv km ərazisi var. Azərbaycanın ərazisi 86.6 min kv km-dir. Bütün sahələrdə, xüsusən elm sahəsində böyük inkişaf var. Bir  “Samsung”un ixracı bütün Türkiyənin ixracatından çoxdur. Yalnız “Samsung”un elmə çəkdiyi xərc Türkiyənin elmə çəkdiyi xərcdən 4-5 dəfə çoxdur, bir “Samsung” elmə 57 müsəlman ölkəsi qədər pul xərcləyir. Cənubi Koreyanı hər bir şeyini inkişaf etdirən elmdir, o irəli aparır. Türkiyə də təzə-təzə ayılaraq bu istiqamətə yön verməyə başlayıb.

Amma maliyyələşmədə, təşkil etmədə, tam azad, sərbəst deyil. Kimin yaxını varsa, kim proteksianist  məmurlara, siyasətə uyuşursa o, qabağa gedir. “Bayraktar”ı kəşf edən prezidentin ailəsindəndir. Əgər bu adam başqası olsaydı (kim olur olsun) bəllidir ki, heç vaxt bu səviyyəyə gəlib çatmazdı, bu nəhəng kəşf də üzə çıxmazdı. Bax, belə müqayisədə götürəndə Türkiyə çox zəifdir.

Başqa bir misal gətirim sizə, Sinqapurun inkişaf səviyyəsi bizə yaxındır. Həm mentalitet, həm istiqamət cəhətdən. Sinqapurun ixracatı təqribən 376 mlrd. dollar, Türkiyənin ixracatı isə ondan 2.5 dəfə aşağı alınır. Sinqapur demək olar cırtdan dövlətdir. ÜDM-i 374 milyard, nəhəng Türkiyədə cəmi 720 milyard dollardır. Bu rəqəm kiçicik İsveçrədən, Niderland krallığından xeyli aşağıdır. Cırtdan, kiçicik  ölkələr Türkiyədən xeyli irəli çıxıb dünyanın ən inkişaf etmiş ölkələrinə  çevriliblər. Bu müqayisə onu göstərir ki, Türkiyənin hələlik bu istiqamətdə inkişafı normal deyil. Türkiyə xalqının mentalitetinə, bu xalqın məharətinə, bu xalqın bacarığına uyğun deyil. Bunun səbəbi nədir? Yalnız və yalnız istifadə olunan sistem, mexanizm, istiqamətlərdir və bu, belə formada yaxşı  nəticə verməyəcək. Baxın, elm və inkişaf üçün “Bayraktar” üçün təmin olunan  sistem ümummillət üçün yaradılsaydı Türkiyə nə səviyyəyə gəlib çata bilərdi. 

Sual: Bəzi ekspertlər devalvasiyada siyasi məqamları  önə çəkir, digərləri isə bunun sırf iqtisadi amillərlə  baglı oldugunu qeyd edirlər. Sizə  hansı versiya daha yaxındır?

Sual: Devalvasiyanın bir neçə səbəbi var. Həm siyasi, həm də iqtisadi səbəbləri var. Mən hesab edirəm ki, daha çox siyasi, emosional qərarların nəticəsidir, radikal dindarlığın güclənməsinin nəticəsidir. Biz ixtiyaratımızı (maliyyəmizi)  ABŞ və Avropaya vermişik, yəni bütün resurslarımız onlara bağlıdır. Onlar istifadə edirlər. Onlarla emosional hərəkətlər yolverilməzdir, heç bir nəticəyə gətirib çıxarmayacaq. ABŞ ilə vəziyyət düzəlməlidir, İsrail ilə vəziyyət düzəlməlidir. Türkiyədən daha çox onlara lazımdır (bunu mən izah elədim). Devalvasiya nəticəsində milli valyutanın dəyərdən düşməsi ixracın qiymətini ucuzlaşdırır. Burada bir şeyi nəzərə almaq lazımdır ki, gedən hər şey xalqdan gedir. Biz bu gün (manatı götürürük) manatın real dəyəri dollara nisbətdə 45 qəpikdir, bazar kursu isə 1.70 manatdır, deməli 45 qəpik dəyəri olan dollara 1.70 manat  ödəyirik. O qədər baha alırıq dolları. Eləcə də Türkiyədə. Bunların hamısı xalqdan gedir, ölkəyə zərbə vurur. Mənə elə gəlir ki, belə şeylər yolverilməzdir. Bir İsveç iqtisadçısı (Gustav Cassel) 1 qiymət qanunu və alıcılıq qabiliyyətinə görə ölkələrin ÜDM-nin iqtisadi gücünün dəyərləndirilməsi və ölçülməsi nəzəriyyəsini irəli sürdü və real olaraq bunu isbat elədi ki, valyuta bazar kursu ilə deyil, real dəyəri ilə ölçülür. 1000 ədəd eyni mal Türkiyədə, Azərbaycanda, ABŞ, Avropada eyni qiymətə olsa, dolların lirəyə nisbətən kursu başqa cür, yəni daha  çox  olar. Dollara qarşı manat 45 qəpikdir, amma biz 1.70 ödəyirik,  4 dəfə baha pul ödəyirik. Türkiyədə də eyni vəziyyətdir. Gustav Casselin hesabına görə, Türkiyənin ÜDM-i 2,3 trilyon dollardır, amma qiymətdən salınmış lirənin bazar kursuna görə cəmi 720 milyard dollardır. 170 milyard dollarlıq ixrac əvəzinə Türkiyə xalqı 500 milyardlıq mal göndərir. Türkiyə höküməti fəxrlə hesabat verir ki, ixracatı bu qədər artırıblar, amma onu demir ki, bir  məhsulu üç dəfə real dəyərindən hansı bazara çıxarsan, dərhal satılacaq.  Bu da ölkənin, qara camaatın qanından, canından gedir.

İnkişaf etmiş xarici ölkələrdə tam əksinədir. Onlar məhsullarını daha baha satırlar və bizdən aldıqlarını çox ucuz alırlar. Bu da dünya iqtisadiyyatında böyük problemdir, ciddi təhlil olunmalıdır, araşdırılmalıdır və bu virtual sistemdən, rəqəmsal sistemdən istifadə olunmaqla həll olunmalıdır. PPP statistikası (Prices and purchasing power parities – Alıcılıq qabiliyyəti pariteti (AQP)) niyə nə Azərbaycanda, nə də Türkiyədə aparılmır, biz alimlər niyə ABŞ-ın, Avropanın statistikasından istifadə etməliyik?

Bugünkü  datalar,  rəqəmlər o qədər böyüyüb, məlumatlar o qədər böyüyüb ki, sadə insan əməyi ilə (3-5 nəfərin ) o məlumatları emal edib, nəticə əldə etmək olmur. Bunun üçün soft proqramlar, yeni elmlər var, süni intellekt, data science, maliyyə mühəndisliyi, maşın lörninq, koqnitiv science. Gərək düzgün nəticə çıxarmağı bacarasan. Bizim (Türkiyəni də nəzərdə tuturam) bu qədər aldanmamızın bədəlini əhali, qara camaaat, bütöv millət ödəyir. 

Bu maşınlara (proqramlara) Türkiyə iqtisadiyyatı, Azərbaycan iqtisadiyyatını salsan, bu gün gedən sistemin, tutduğumuz yolun, tətbiq etdiyimiz mexanizmlərin, əldə elədiyimiz nəticələrin tamamilə əksini verəcək. Bu yaxınlarda mənim bir kitabım çıxdı: Rəqəmsal keçid və texnoloji inkişafın surətləndirilməsi zəruriyyəti (sizə verərəm onu) və orada öz ölkəmiz üzrə maşın vasitəsilə bir neçə hesablama bugünkü gün əldə etdiyimiz nəticələrin tamamilə əks nəticəsini aldı. Daha yaxşı və daha gözəl nəticələr verdi.

Son vaxtlar Türkiyə hərbi sahədə çox ciddi irəliləyişlər əldə etdi və ümumiyyətlə, dünyada sülhün qorunması üçün çox böyük işlər gördü. Bu, Türkiyəyə yaxşı dividend gətirir, hörmət gətirir və gəlir gətirir. Bu şəraitdən istifadə etmək, işi davam elətdirmək lazımdır. Hərbi sənayeyə  böyük miqdarda kapital qoymaq lazımdır. Elm xərcləri 4mlrd. dollardır. Bayaq Cənubi Koreya ilə müqayisə apardım, 90 mlrd. dollar onlardadır. Təkcə “Samsung” elmə 18 mlrd. dollar pul xərcləyir. Türkiyə şirkətlərindən birini götürsək heç elmə yarım mlrd. dollar pul xərcləyəni yoxdur. SOCAR tipli şirkət elmə 2 mln. pul xərcləyib. Süni intellekt vasitəsilə, proqramların göstərişilə SOCAR-ın  elmə 1 mlrd. dollar xərci olmalıdır. Yeni işlər, yeni nailiyyətlər. Elə Azərbaycanın özünü götürək. 1985-ci ildə mən elmi  araşdırma aparırdım. Azərbaycan müəllifləri 1350 patent verirdi. Bu gün bilirsiniz nə qədərdir? 109 patent veririk. 35-36 il keçməyinə rəğmən, biz elmdə irəliləmək əvəzinə geriləmişik.

Sual: Sizin fikrinizcə, lirənin ucuzlaşmasinin əsas səbəbi nədir?

Cavab: Lirənin ucuzlaşmasinin səbəbi nədir? Həm ümumi səbəblər sayəsində, mən uzun müddətdir  bu ölkənin iqtisadiyyatı ilə məşgul oluram, kitablarım, proqramlar var, sizə demişəm. Ərdoganın inflyasiyanın qarşısının alınması proqramının 90%-i mənim əlimdən keçib və dəqiq yerinə yetirilib, bu  proqram uzun müddət bu ölkəni o problemdən qurtara bilib. Türkiyə Özalın dövründən başladı inkişafa, başlayan kimi inflyasiya  inflyasiyanın arxasınca, davamli 70-80-90% inflyasiya olurdu. Onun qarşısını almaq faktiki qeyri-mümkün hala çevrilmişdi. Amma Ərdoğan gələn kimi inflyasiyanın  qarşısını bir ilə ala bildi. Bir xeyli bu ölkəni irəli çəkə bildi. 15 ilə bacarmadıqlarına bir ildə nail oldular, sonrakı 10 il ərzində xeyli irəliləyiş etdilər.  Ərdogan özünün 10 il ilk idarəçiliyi ərəfəsində  yaxşi proses getdi, inkişaf getdi. Lirənin kursu pisləşmədi, dəyərdən düşmədi. 2013 və ya 2014-cü ildə bir dollar 2.6 lirə idi. Amma sonrakı proseslərdə sürətlə enməyə başladı. İndi baxırsan ki, o vaxt  proqram qəbul olunanda, lirə ilk dəfə təzələnəndə keçmiş lirə 1.3-1.4 mln.a gəlib çıxmışdı 1 dollarà. Yenidən dəyişən vaxtı sıfirlar silindi, kurs 1.3 oldu.  2013-cü ilə qədər 2.6-dək saxlaya bildilər. Sonradan artıq elə bil ki, birdən- birə  proses çöndü. O vaxtdan bu vaxta sürətlə azalmaga dogru getdi. İndi artıq yenə də haradasa 14 lirəyə dirənir.

Əvvəla, qlobal səbəbləri deyim sizə. Ümumiyyətlə, dünya miqyasinda  pul cografiyasinda ciddi haqsız natarazlıq var. Öz dövlətlərimizin, özümüzün pulu maliyyə sisteminin düzgün qurulmaması səbəbindən Avropada, Amerikada saxlanılır. Belə olan halda biz öz əlimizlə ixtirayatımızı veririk onlara, pul əldən getdi, hər şey getdi. Eyni zamanda biz başlayıb onlarla dava aparırıq, emosiya nümayiş etdiririk. Məsələn, bütün sistem  menecmentini verirsən onlara. Bütün rezervlər, valyuta rezervləri, bütün pullar, ya dollarda, ya da avroda saxlayırsan bu pulları, demək, bunların hesabındadır, bunların içindədir, istənilən vaxt Amerika rəsmiləşdirir,  sənin pullarına embarqo qoya bilər, batırar. Bir günün, iki günün içərisində batıra bilər. Pul kimin əlindədirsə, ixtiyar sahibi odur. Bu pulun cögrafiyasi sistemi neçə ki dəyişməyib, belə haqsızlıq davam edəcək.

Bunun dəyişməsi üçün bir neçə il əvvəl mən bir təklif vermişdim. İndi də mənim təzə çıxan kitabımda bu barədə çox geniş yazmışam. Bu pulların hamısı Avropada saxlanılmasın, bir qrup halında bir neçə ölkə birləşib valyuta rezervləri ehtiyatı  ittifaqı yaratmaqla qarşılıqlı öz banklarımıza, Azərbaycan, Türkiyə, Qazaxıstan, Türkmənistan banklarına yerləşdirilsin (qarşılıqlı qarantiya əsasında), Türkiyə, Azərbaycan, Qazaxıstan, Türkmənistan… 300 milyarda yaxın vəsait Qərbin birinci sinif banklarında yatır. Türk dövlətlərinin böyük rezervləri var. İndi baxın, bütün ərəb pulu, ərəb dollarları hamısı Avropa və Amerikada saxlanılır və bu dövlətlərin valyutasında saxlanılır. Əsas saxladıgımız valyuta rezervlərinin 70%-i dollarda saxlanılır. Bir qisim avroda, bir az da yapon yenində, inkişaf etmiş ölkələrin valyutasında  saxlanılır. İndi bu pulların,  hesab edin ki, bunun yaranması cografiyasi elə də böyük deyil,  amma pulun 80-90%  Avropa və Amerikada yerləşir. Bizdə pul defisitdir, böyük defisit var, həm kredit pulu, həm rezerv pul, həm başqa pullar. Pulların 80-90%-nin saxlanma cografiyasi Avropa, Amerikadır. Hesab edin ki, bu gün Avropada və Amerikada  40 trln. dollar rezerv pul var və bu pulların hamısı Amerikanın, Avropanın pulları deyil. Böyük əksəriyyəti digər ölkələrindir, başqa üçüncü qrup ölkələrdən toplanıb. o cümlədən Türkiyənin, Azərbaycanın, Qazaxıstanin pulu, hamısı orada  saxlanılır və buna görə də o pullar dövriyyəyə cəlb oluna bilmir. Pul hansı ölkənin olmasından asılı olmayaraq, harada saxlanılırsa, o ölkənin mənafeyinə işləyir. Orada o pullar hər cür formada işlədilir və böyük gəlirlər əmələ gəlir, yaxşi investisiya qoyulur və bizə də qırıqq-sökük faiz verirlər. İndi bu haqqın bərpa olunması lazımdır. 80-ci illərdən bir finanslaşma, bir elm başladı formalaşmağa, prosedurlar təbii ki, Avropa Amerika yaranandan, bazar iqtisadiyyatı formalaşandan fəaliyyət göstərir. Bu, nədir? Borcların, kreditlərin, maliyyə aktivlərinin, maliyyə mexanizminin  ümumi iqtisadi inkişafda rolunun artırılması. Baxırsınız, bu gün  Türkiyədə defisit var. Amma Avropada, Amerikada 40 trln.dollar əlavə pul var və kreditlər, borclar  ümumdaxili məhsuldan 2-3 dəfə çoxdur. İngiltərədə 3 dəfə çoxdur və bütün dünyanin bütün pulları ora yığılır. Balaca Luksemburqun  65 mlrd.dollar ümumi daxili məhsulu var, 3.7 trln.dollar borcu var, kreditləri var, xaricdən pul toplayıblar. Biz niyə toplaya bilməyirik, cünki bütün müsəlman ölkələrinin top 100-lük siyahısına düşən bankı yoxdur, normal maliyyə institutu yoxdur, heç öz pulunu yerləşdirməyə etibarlı bank tapa bilmir. Amma İsveçrə, Luksemburq, İngiltərə, Amerika… dünyanın ən etibarlı, böyük bankları buradadır. Məsələ onda deyil ki gedib haradansa borc alsın, sən, mən, başqa ölkələr gedib xahiş edirik, gəl banklarında saxla bizim pulu. Faiz verməsən də olar, ya da ki, qırıqdan- sökükdən faiz verərsən. Bax, o sistem dəyişməlidir. Onu həmin o dediyim bu üsulla dəyişmək olar.

Bu gün lirənin kursunun dəyişməsi, faizlərin çox yüksək olmasi, türk ölkələrində, başqa müsəlman ölkələrində, keçmiş sovet ölkələri olsun, hamısında bu proseslər əsas bu amil ilə əlaqədardır. Sinqapur dərhal həll elədi bu problemi. Li Kuan gəlib islahatlara başlayan kimi bu istiqamətə fikir verdi, böyük bir maliyyə bazarı qurdu, tranzit, o maliyyə bazarı vasitəsilə dünyanı tökdü oraya. Sinqapur kiçik bir dövlətdir, 2 trln.dollar resurs toplayib. Bu  ölkənin bank aktivləri 1,5 trilyon dollardan çoxdur (təsəvvür edin, Azərbaycanın cəmi  20 mlrd.dollar., Türkiyənin isə 470 milyard dollar  bank aktivi var, iki ölkənin bank aktivləri cırtdan Sinqapurun bank aktivlərindən 3 dəfə azdır).  Bu aktivlər nağd puldur, istənilən an investisiya mənbəyi ola bilər.  Baxmayaraq ki, bunlar müvəqqəti, sənə borc kimi verilir, bu pul sənin əlindədir, hər cür istifadə edə bilərsən. Sənə də hər cür təsir edə bilər. Pul kimin əlindədirsə, o da fəaliyyətə başlayır, o da bu işləri geniş miqyasda görə bilir. Siz bir abstract olaraq təsəvvürünüzə gətirin: Türkiyənin bankları da Sinqapur qədər vəsait mobilizasiya edəydi, ölkədə bu qədər pul bolluğu yaradaydı, istənilən iş adamına 2-3%-li kredit verə biləydi, ölkə hansı sıçrayışla inkişaf edərdi? Bu ölkənin inkişafı qarşısında dayanmaq olmazdı – bu millət dişi, dırnağı ilə qaya, daş deşən millətdir, bir sinqapurlu, koreyalı edənin beş qatını etməyə qadirdir.

Mən dəfələrlə təsdiqləmişəm ki, hər bir hökümətin iş göstəricisi ölkəsini bol pul vəsaitlərilə təmin etməkdən ibarətdir (aşağı faizlə, tez, səmərəli), bunu edə bilməyən hökümət, Mərkəzi Bank öz başının çarəsini qılmalıdır. Dünya üzrə orta gəlirlilik illik 10%-dir. Elə mənbə ilə təmin etməlisən ki, kreditin faizi bu gəlirlilik faizinin üçdə birini və  ya maksimum yarısını keçməsin. Türkiyə də, Azərbaycan da bunu öz daxili resursları hesabına edə bilər, xarici resursları da cəlb etməklə dünyanı bura gətirmək olar. 

İkinci böyük səbəbi Türkiyə məmləkətinin dini radikallaşmasıdır. Bu, Ərdoğanın gəlişindən başladı. Türkiyə ictimaiyyətinə çox güclü zərbə vurdu. Türkiyədə Ərdoğanı qalstuklu müsəlman adlandırırdılar, yəni dindən xeyli uzaq, sivil bir siyasətçi kimi çox böyük ümid bəsləyirdi xalq ona.  Ona görə böyük əksəriyyət səs verdi (ateistlər, sosial demokratlar, cümhuriyyətçilər, başqa din daşıyıcıları və s.), təəssüf ki, yalnız radikal dindarları başına yığması onu xeyli dəyişdi. Radikal dindarlıq hər yerdə, hər zaman ciddi təhlükə mənbəyidir, illah da islam dini…

Mən bir araşdırma apardım. Dindarlıq səviyyəsi ilə inkişaf səviyyəsi arasında korrelyasiyasını müəyyən edən elektron sistemlə, proqramla araşdırdım. Dindarlıq səviyyəsi ilə iqtisadi inkişaf səviyyəsi tamamilə tərs mütənasib asılılıqlardır. Hansı ölkədəki dindarlıq çoxdur, yüksəkdir (99-100%) o ölkələr ən geridə qalmış kasıb ölkələrdir (Türkiyə əhalisinin 79%-i inanclı insanlardır, təhlükəli həddir), bu, bütün dinlərə aiddir. Bunun çox dərin kökləri var. Bunu açmağa imkanımız yoxdur. İmkanımız olar bunu bir dəfə müzakirəsini təşkil edərik. Bu ölkələr ən geridə qalmış ölkələr hesab olunurlar. Amma dindarlıq səviyyəsi çox aşağı olan ölkələr ən yüksək inkişaf etmiş ölkələrdir. Bunun da fəlsəfəsi var. Bu insanlar heç nədən, heç kimdən nəsə gözləmirlər. Gecə -gündüz çalışmaqla, elmlə, texnologiya ilə inkişaf edirlər. Amma ən geridə qalmış ölkələr 99-100% (Yəmən, Efiopiya, Malavi, Somali, Cibuti, Şri-Lanka və s.). Ən inkişaf eləmiş ölkələrdə çox az – Yaponiya, Çin, İsveç, Estoniya, Norveç, İsrail, Almaniya, İsveçrə və s. (7-38%), Azərbaycanda isə bu rəqəm 34%-dir və Azərbaycanın gələcəyinə daha böyük ümid var, nəinki Türkiyyənin və ya digər ölkələrin. Hansı dindar ölkəyə baxsan, onlar çökməyə gedir. Türkiyədə Ərdoğan gələndən sonra bu proses ciddi surətdə başladı və öz mənfi nəticəsini bu gün də göstərməyə davam edir. 

Gözdən qaçırmayın:  Ukrayna şərtləri açıqladı

3-cü bir səbəbi Ərdoğan hakimiyyəti dövrində iş adamlarının hüquqlarının pozulmasıdır və yaxşı iş adamlarının hamısının çıxarılması prosesi başladı. Yalnız bir Gülən qrupunun ölkədən çıxarılması yaxşı ki Türkiyəni çox çökdürmədi. Tab gətirdi. Bu qrup çox böyük kapital sahibinə çevrilmişdi və elm-təhsillə inkişaf edirdi. Burada heç müsəlmançılıqdan əsər- əlamət yox idi. Bunların hamısı yəhudi üsulu idi. Talmudu oxuyarsınız, baxarsınız, görərsiniz. Talmudda necə yazılıb, bunlar elə sistemlə başladılar. Həm təhsil, həm qazanc, həm maliyyə kapitalı. Pul kapitalı, hamısını cəmləşdirdilər böyük miqdarda. Onun hesabına Türkiyəyə çox böyük fayda gəldi. Bu gün Türkiyədə elmin inkişafi əslində onların xidmətidir. Təhsillə başlanan, elmlə başlanan heç bir layihə, heç bir qrup, heç bir ölkə məglub ola bilməz, tarix belə bir təcrübə görməyib.  Bugünkü cəmiyyətin istiqaməti, inkişafi buna bağlıdır. Elm cəmiyyətin inkişafinın lokomotividir. O lokomotiv olmasa, bir yana çıxmaq mümkün deyil,  yaradıcı cəmiyyət qurmaq prosesi gedir. Oralarda isə əksəriyyəti müsəlman ölkələrdə demək olar ki, hamısında istehlakçi bir cəmiyyət qurulur və proseslər bu istiqamətdə  qurulur və inkişaf edir. O Gülən grupu  Türkiyə kapitalının təxminən 50%-nə nəzarət edirdi. O da ağılla və təhsillə almışdılar. Ərdoğan bunların hamısını çıxardı. Hamısını çıxarandan sonra Türkiyədə ciddi quruluq əmələ gəldi. Daha bir səbəb siyasi səbəbdir, Amerika ilə, Avropa ilə problemlərin emosional şəkildə  emosiya ilə həll olunması idi. Bir şeyi anlamalıyıq ki, öz əlimizlə ixtiyaratı vermişik Amerikaya, dollara və bundan sonra  onunla bu formada rəftar eləmək təbii ki, heç cür olmaz. Türkiyə,  görün, nə qədər  böyük dövlətdirsə, elə səhvlərin qarşısında  yenə də tab gətirə bilir.

ABŞ bir saatın içərisində  əlini çəkə bilər  və hər şeyi alt-üst edə bilər. Bir dənə İnternet nəyə desən dəyər. İstənilən vaxt embarqo qoymaqla bütün ölkəni çökdürə bilər. Siz təsəvvür edin, bircə saatlığa İnternet işləməyəcək, türk  xalqı çox ciddi işləyir  İnternetlə,  virtualla və o, işləmədiyi dövrdə ölkə çökə bilər.  Î biri tərəfdən, valyuta rezervləri, pulların hamısını vermisən onlara. Onlar saxlayır, yenə də hansı ölkənin hansı valyutasına,  bankina bir dənə embarqo çıxarıb qoysalar, bir sanksiya çıxarsalar, o pullar Kaddafinin pulları kimi qalacaq 10 illərlə. Təbii ki, belə bir şey ola bilməz, Türkiyə xirda dövlət deyil, amma ehtimali da yox deyil. Çox  dərinləşdirsək, götürəcəklər. Elə bu saatın özündə ABŞ  kapital sahiblərindən əlini çəkməklə onlara desə ki, mən burada yoxam, onda  batdı məsələ. Heç kim gəlmir. Burada da ciddi dollar defisiti, valyuta defisiti əmələ gəlir və lirənin kursu beləcə siçrayişla düşməyə davam edəcək. İndi bunun qarşısını almaq üçün mən deyən ölkələrin birləşməsinin, qruplaşması prosesinin başlaması lazımdır.

Valyuta ehtiyatları ittifaqının yaranması bu asılılığı xeyli aradan qaldıra biləcək. Bir də ki ABŞ-la münasibətlərin nizamlanması vacibdir. İndi  radikal dindarlığın bir nümunəsini deyim. Bir dənə Ayasofya camisinin profilinin dəyişməsi: ora dünya muzeyi idi,  ora dinlərin, xalqların bir muzeyi kimi fəaliyyət göstərirdi. Böyük bir kapital mənbəyi idi. Yalnız ora gələn  20-30 dollar-lıq   ziyarətlə deyil,  yox, bunlar hər gəldikcə nə qədər valyuta gətirir, nə qədər insanlar gəlir. Özal nə cür qaldırdı, necə inkişaf etdirdi. Özal birinci ABŞ-dan razılıq alandan sonra ABŞ 4 mlrd. heç nəsiz Türkiyəyə yardim etdi. Pulsuz parasız, qaytarmamaq şərtilə. Və ABŞ  bir də dünya investorlarına dedi ki, mən varam burada. Gəlin. Ondan sonra böyük axın oldu, böyük banklar, böyük investisiya fondları, böyük şirkətlər hamısı gəldi. Və dünyanin inkişaf etmiş ölkələrinin hamısı bu yolla gəlib çatdılar, Türkiyə  bir az qalxandan sonra yenə ağzını çöndərdi və ölkəni belə pis vəziyyətə gətirib çıxardılar, amma mülayim formada bu proses davam etsəydi Türkiyə çox qabaga gedə bilərdi. Və Türkiyə bu gün faktiki olaraq inkişaf etmiş bir dövlət olardı. Amma getdikcə zəifləyir. İnkişaf da var. Ərdoganın dövründə xeyli inkişaf getdi. Amma bu astagəl inkişafla bir yana gedib çıxmaq olmaz. Amerikalıların yaxşı bir sözü var, cəmiyyəti inkişaf etdirmək üçün gərək öz mövqeyini saxlamaq üçün daim  qaçmalısan, əgər kimisə ötmək istəyirsənsə gərək daha sürətlə qaçasan, o birilər daha sürətlə qaçır, gəlir yenə səni keçir. Sən də geridə qalacaqsan. İndi bax bu formada inkişaf etdirmək lazımdır. Türkiyənin üstündə inkişaf etmiş ölkələrə çevrilən 38 ölkənin hamısı, necə Cənubi Koreya, Sinqapur, necə Özalın vaxtında Amerika Türkiyəyə kömək elədi elə qalxdıiar. Elə bir ölkə yoxdur ki, Amerikanin əli olmadan inkişaf etmiş ölkə səviyyəsinə gəlib çıxsın. Hamısı da buna görə minnətdardır. Marşal planından tutmuş İkinci Dünya Müharibəsindən sonra Yaponiyaya kömək, Sinqapura kömək, Çinin özü Amerikanın kapitalı ilə yüksəldi. Bu da yeni bir sistemdir, yəni bir istiqamətdir, vaxt olar ayrıca danişarıq. Li Kuan qurdugu planlarla həm ABŞ-ı, həm Avropanı qaldırmaqla Çini kommunist sistemindən ayırdılar və kapital qoydular, kommunizm kabusundan Yer kürəsini xilas etdilər. Bu, hamısı Amerikanin əli ilə oldu. Amerika bu gün desə ki, yox, mən buradan çəkilirəm, dərhal hamı buradan çəkiləcək. Amma hələ eləmir. Çünki bu gün Çinin dayanması  bütün cəmiyyətə böyük zərbə vura bilər, təsir edə bilər. Çin isə çox ağıllı hərəkət edir, emosional hərəkət etmir Türkiyə kimi. Hər hansı  iqtisadi  mənafelərinə  toxunan kimi dərhal dayanır, danışıqlara başlayır və danışıqlar yolu ilə həll etməyə çalışır. Bu, bir səbəbdir.

Bir səbəbi isə Türkiyənin xarici ticarət balansında ciddi problemin olmasıdır. Həmişə Türkiyədə ixracat idxaldan az olub və sərbəst bazar iqtisadiyyatı deyilən bir proses Türkiyədə də çox  zəif inkişaf edib. İmkan vermirlər. Sinqapurun deyək ki,  331 mlrd.dollar idxalı var, 376 mlrd. dollar ixracı var. Bu malları gətirir liman şəhərinə, bir az işləyir və oradan dünyaya dağıdır. Gəlirlər, orada üzərində işləyirlər  malların  və malı yenidən reeksport edirlər. Sinqapur bir transit liman şəhəridirsə, Türkiyənin bütün ətrafi  tranzit liman şəhərləridir. Qara dənizdən tutmuş Mərmərə, Egey, Aralıq dənizləri. Hamısı Türkiyənin ərazisindən keçir və bunu təşkil eləmək üçün hər cür şərait var. Son zamanlarda, Qarabag müharibəsində də ABŞ və Avropa böyük bir mandat vermişdi Türkiyəyə. İqtisadiyyati bu formada qursunlar və inkişaf etsinlər, imkan yaratsınlar. Avropa -ABŞ öz keflərindən etmirlər bunu. Türkiyə  Avropa və ABŞ üçün kommunist və islam terroruna qarşı ciddi bir hasar  kimi dayanıb. Türkiyə bütün Avropanı -Amerikanı  qırmızı terrordan  və yaşıl terrordan qoruyur. Çox böyük işlər görülür. Türkiyənin belə bir böyük rolu var. Böyük dövlətdir. Bunu eləmək üçün prosesləri həyata keçirməyə imkan var. Valyuta qazanmaq, böyük iqtisadiyyat qurmaq  imkanı var. Amma emosional hərəkətlərlə buna qarşı gediblər.

Dördüncü səbəb, Türkiyə Mərkəzi Bankının sərbəst olmaması, təzyiq altında işləməsidir. Heç bir dövlət belə idarəçilik şəraitində müvəffəqiyyət qazana bilməyib. Hətta dünya miqyasında mərkəz banklarının müstəqillik göstəricisi ilə inflyasiya, valyuta kursu arasında asılılıq indeksi müəyyən edilib və müstəqil şəraitdə işləməyən mərkəz banklarının pul dövriyyəsinə əks təsiri təsdiq edilib. Türkiyə Mərkəzi Bankının müstəqillik səviyyəsi heç vaxt bu şərtlərə cavab verməyib, həmişə makroiqtisadi tənzimləməyə mənfi təsir göstərib. AKP höküməti bu asılılğı pik həddinə çıxardı, lirəni bu günə saldı. 

Daha bir səbəb, son dövrlər  xam neftin və neft məhsullarının  qiymətinin artmasıdır. Neftin qiyməti sürətlə artmağa başladı. Azərbaycan neftinin barel qiyməti 80 dollar keçdi. Bu, Türkiyə üçün çox böyük ağır bir itkidir. Türkiyənin böyük xarici ticarət defisiti vardı.  Keçən il bir az bunun qarşısı alındı. Türkiyənin idxal mallarının qiyməti ciddi surətdə düşdü. Amma bu il yenidən  neft- qaz pik vəziyyətə gəlib çıxdı. Son 10 ildə neftin, qazın qiyməti bu qədər qalxmamışdı. Bu da idxal dəyərinin xeyli artmasına çətirib çıxardı. İxrac qiymətləri isə düşür. Bu, xeyli problem, defisit yaratdı. Bax, bu səbəblərə görə, lirə çox ciddi surətdə aşağı düşdü və Türkiyə  iqtisadiyyatinin düzəlməsi üçün elə bir ciddi tədbir görə bilmədilər, proqram filan yoxdur.

Sual: İqtisadiyyatda müsbət meyl gözlənilirmi?

Cavab: Yox, təəssüflər olsun ki, mən hiss eləmirəm, görmürəm. İqtisadiyyat çox zəif, amma hərbi siyasət çox gözəl, çox yüksək səviyyədədir və dünyaya özünü göstərmək üzrədir. Bu gün Avropa özünə rəqib olaraq Türkiyəyə kart blanş verdi ki, ikinci dünya liderliyinə (ikinci rəqib ölkə kimi) inkişaf eləsin. Ancaq mənə elə gəlir ki, bəlkə də mən yalnış anlayıram, amma faktlar onu deyir ki, Türkiyə bu üstünlüyü realizasiya edə bilmir. Amma hərbi sahədə əldə elədiyi nəticələr, Türkiyənin hərbi siyasətdə Azərbaycanla birləşməsi, hesab edirəm ki, nə Türkiyənin, nə də Rusiyanın siyasətinin nəticəsidir. Bu, məhz Azərbaycan Respublikasının və onun ali baş komandanının yeritdiyi siyasətin nəticəsidir. Çox böyük yeniliklər gətirdi, o cümlədən ilk dəfə olaraq dünyada bütün tariximiz boyu ilk dəfə olaraq qardaş xalqların bir araya gəlmək şansı yarandı. Real olaraq böyük bir ittifaqın qurulması şansı yarandı. Bunların bu şansı da, ilk növbədə bu valyuta ittifaqının yaranmasından başlamalıdır. Valyuta rezervləri ittifaqı. Bu gün Türkiyənin bu vəziyyətdən rahat bu valyuta rezervləri ilə çıxarmaq olar və güc birlikdədir. Birlik yaranarsa, bu ölkələr bir yerdə inkişaf etmiş ölkələr səviyyəsinə çıxa bilərlər (çevrilə bilərlər) və bu ölkələr bir yerdə dünyanın lider ölkələrindən birinə çevrilə bilərlər. Bu, həmişə olubdur. İslama qədər də Türkiyə dünyaya liderlik edib, biz qarışıq türklər. İslamdan sonra 2-3 əsr çox ciddi bir geriləmə oldu, sönmə oldu. Osmanlı dirçələndən  sonra yenə də bir 800 -900 il bu proses davam elədi. Atatürkün yenidən ölkəni bərpa etməsi (qurması ilə) tərəqqi  başlayıb, amma geri çəkə-çəkə gedirlər. 21-ci əsr əslində türk əsri olmalı idi. Amma təəssüflər olsun ki, bu nailiyyətlərə gəlib çıxmamışıq.

Mənim qurduğum və elmi rəhbəri olduğum Rəqəmsal Keçid Elmi-Tədqiqat İnstitutunun planlarında böyük proqramlar (bunlar sizə dediyim kitabda da var ), o cümlədən Virtual Turanın qurulması, virtual birliyin qurulması, virtual olaraq bütöv Azərbaycanın qurulması, rəqəmsal turk dillərinin sinxronizasiyası, rəqəmsal türk dilinin yaradılması,  süni intellekt proqramları ilə iqtisadi inkişafın proqnozlaşdırılması, iqtisadi potensialın hesablanması və s. var.  Mənəvi bütövləşmə heç bir beynəlxalq konvensiya, müqaviləyə  əks deyil. Bu, hələ ki mənəvi bütövləşmədir. Mənəvi bütövləşmə yavaş – yavaş hər şeyi gətirə bilər. Virtual yaradıcılıq insanların öyrədilməsidir, təhsillənməsidir, hazırlanmasıdır. Hər şey də buradan başlayır. 

Bizim Ərdoğanla əməkdaşlığımız 91-ci ildən başlayır və məni də o vaxt Türkiyəyə dəvət edən bu qrup oldu. O vaxt Ərdoğan Milli Rifah Partiyasında idi. Eyni zamanda Fətullah Gülən qrupu. Bunlar hamısı eyni yerdə idi. Mənə də çox köməkləri dəyib. Mən o vaxt hər an, hər zaman bunlarla işləmişəm. Həm o vaxt məruzələrdə, sonra proqramların tərtib olunmasında, həm də o vaxt Milli Rifahın proqramının qurulmasında. Sonradan Ərdoğan partiya qurdu, onun da proqramının qurulmasında rolum olub, hətta bir neçə dəfə Ərdoğanla həbsdə görüşmüşük, həbsxanaya getmişəm. Bu proqramlar çox gözəl, nəfis qurulub və mətbuatda da dərc olunub. Türkiyə mətbuatında davamlı olaraq mənim həm televiziyada, radioada, həm də qəzetlərdə və jurnallarda məqalələrim, sonra  kitabım çıxdı. Çox böyük bir kitab idi. O kitab çox ciddi Türk dünyasının inkişafı konsepsiyası idi. Mən də iştirak eləmişəm. Ərdoğanın özünün partiyası o vaxt ayrıldı ordan, yeni partiyanın qurulması, orada da infliasiyanın qarşısının alınması və iqtisadi inkişaf prosesi mənim məqalələrim, tədqiqatlarım əsasında aparılıb. Çox gözəl də yerinə yetirildi. 10 il ərzində inflyasiya 1 rəqəmliyə çevrildi. Bütün istiqamətlərdə inkişaf davam elədi, amma bir müddətə qədər, sonradan  dayandırıldı. 

Sual: Yeni maliyyə nazirinin ciddi rolu ola bilərmi?

Cavab: Bu gün Türkiyənin maliyyə nazirini dəyişdirdilər. Onun da proqramlarını dinlədim. Eyni Tansu Çillerin maliyyə nazirinin çıxışlarından və ya  Ərdoğanın bundan qabaqkı maliyyə nazirindən (Lütvi Elvan) heç nə ilə fərqlənmir. Bir nazir gəldisə, hazır bir proqram qoymalıdır, ictimaiyyətin müzakirəsinə verməlidir. Amma hiss olunur ki, adamlar bu prosesi nəinki bilmirlər, heç başa düşmürlər. Amma nə qədər ki bu dövrlər ərzində hökümət, qruplar, rəhbərlər daima ölkəni geri çəkiblər, bu xalq çəkib irəli aparıb. Bax, onun hesabına ciddi bir inkişaf əldə olunub. Heç olmasa bu ölkəni çökməkdən qurtarıblar. Baxın, sovet alimlərindən biri Amerikaya getmişdi. Ölkəsi dağılma ərəfəsində getmişdi. Ona o vaxt açıq tənqidi şeylər demək olmazdı. Bu sayır nələr var, nələr var. Yəni, təsərrüfatsız  bu qədər baş buraxmalı və s. Amerikalı jurnalistlərdən biri sual verir ki, bəs necə tab gətirir? Bunun cavabına baxın, həm qorxur (açıq deyə bilmir), həm də hiyləgər cavab verir: Görün, nə qədər güclü və qüdrətli iqtisadiyyatdır ki, hər cür təsərrüfatsızlığa tab gətirir. Türkiyə iqtisadiyyatı görün, nə qədər qüdrətli bir iqtisadiyyatdır ki, hər gün belə eksperimentlərə, yanaşmalara tab gətirir. Zənn edirəm, çox qısa zamanda bu prosesləri dəyişmək olar, amma siyasətlə iqtisadiyyat uyğunlaşmalıdır. İkinci, emosionallıqla, soyuqqanlılıqla uyğunlaşmalıdır. Mən kiminsə xoşuna gəlmək üçün burada camilər tikdirim, başqa nələrsə edim, muzeyi cami edim. Bu, heç vaxt effekt verə bilməz, nəticə verə bilməz. Pisliyə gətirib çıxaracaq.

Real olaraq mənə elə gəlir ki, Türkiyə hökuməti heç nə yox, bir dənə süni intellekt proqramı tərtib etməlidir. Türkiyə iqtisadiyyatlarının məlumatlarını ona verməlidir. O məlumatları, qoy, süni intellekt emal eləsin və Türkiyə iqtisadiyyatını dəqiqliklə, bütün rəqəmləri ilə sənə nə cür inkişaf elətdirmək konsepsiyasını versin. Ona 5-6 nəfər data scientist (yeni elmdir), o mütəxəsislər lazımdır ki, o proqramı tezliklə həll eləsinlər, qursunlar.

Türkiyyə rəhbərliyi (AKP) hələ ki belə şeyləri qəbul edə bilmir. Elmlə çox da yaxınlaşa bilmirlər. Əksər rəhbərlərin hamısı deyir elm bizim nəyimizə lazımdır və s. Biz belə inkişaf elətdirəcəyik. 

Qısa zamanda ölkəni vəziyyətdən çıxarmaq olar. Elə bir problemli bir şey yoxdur. İndi də ölkə sürətlə inkişafa başladı, sadəcə, cilovlamaq lazımdır. O inkişafı cilovlamaq lazım idi, yəni idarəetmə sistemini almaq lazım idi, saxlamaq lazım idi. Burada isə olmadı, başın buraxdılar. İqtisadi artım mütləq  infliasiya ilə nəticələnməli idi. İqtisadi artımı bir az buraxdın, hiperinfliasiyaya çevrilə bilər, inflyasiya təhlükəli bir vəziyyətə çevrilə bilər. Amma onu cilovlayıb, nəzarət altında saxlayıb və bunu istifadə eləsən, o başqa məsələ. O zaman nəticə əldə edə biləcəksən. İnflyasiya dağıdıcı enerjiyə malik bir anlayışdır, bir kateqoriyadır, bir prosesdir. Əgər onu sən əhilləşdirib ölkənin naminə inkişaf elətdirə bilsən, o zaman fayda verəcək. Bax, bu gün elə bir vəziyyət alınıb ki, inflyasiya cilovunu çəkə bilmədilər, buraxa bilmədilər və belə bir qarışıq sistemə gəlib çıxdı. Sovet vaxtı yadınızdadır, ən böyük şikayət o idi ki, ən böyük informasiyanı emal etməyə hələ bizim kompüter gücümüz yoxdur. İndi bu qədər informasiyanı emal etməyə nə bu hökümətin adamlarının, nə bizim, nə də dünyanın heç adamları yoxdur. Heç amerikalıları belə gətirsən, edə bilməyəcək. Bunları süni intellekt proqramlarına  salmaq lazımdır. Başqa çarəsi yoxdur.

Hökümətin istifadə elədiyi informasiya bütün zəruri olan informasiyanın heç 20%-ni də təşkil etmir. Elə bizim də iqtisadiyyatda proqnazlaşdırma zamanı bütün faktorları nəzərə almaq üçün bütün ölkənin informasiyası toplanmalıdır. Yalnız dövlətin əlində olan informasiya heç  15-20% təşkil etmir. Onunla da  heç bir yaxşı nəticə əldə eləmək mümkün deyil. Heç bir süni intellekt proqramı da sənə düzgün nəticə verməyəcək.  Amma bütün informasiyanı versən, hətta bizim ölkədə uşaqpulu davası edənlər, onların fikirləri, düşüncələri, digər tərəfdən, elm tərəfindən, elmi inkişaf etdirmək istəyən adamların barəsində informasiyanı (onlar haqda informasiyasını Dövlət Statistika Komitəsi verir) təqdim etsən, bu gün elə Türkiyədə də yalan informasiya verirlər və hətta o yalan informasiyanı da, sosial şəbəkələrdəki informasiyaları, bunların hamısını nəzərə alaraq, süni intelekt emal edərək gözəl nəticə əldə etmək olar.

Şahmar Ağabalayev

Turan

“24 saat”

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button