2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏGündəm

Lirə sabitləşir

Bahalanmadan öncə, dekabrın 20-də bir dollar 18.36 lirəyə yüksəldi, daha sonra 12-yə düşdü

Dekabrın 22-də Türkiyə lirəsinin dollara qarşı məzənnəsi sabitləşərək 12.25 həddində dayanıb. Prezident Receb Tayyib Ərdoğan milli valyutada saxlanan əmanətlərin qorunmasına dair tədbirlər paketi açıqlayandan sonra lirə dekabrın 21-də 6 faiz bahalaşmışdı.

Saytların yığılması Saytlarin yigilmasi

Bahalanmadan öncə isə, dekabrın 20-də bir dollar 18.36 lirəyə yüksəldi, daha sonra 12-yə düşdü.

Ərdoğan milli valyutanın devalvasiyası halında əmanətini lirədə saxlayanların itkilərinin hökumət tərəfindən qarşılanacağı açıqlayıb.

Son həftələr lirənin sürətlə ucuzlaşması qiymətləri yüksəldib. Türklərin çoxu əmanətlərini xarici valyutaya, qızıla dəyişib.

Ancaq bankirlər və maliyyə ekspertləri xəbərdarlı edirlər ki, lirə yenidən ucuzlaşarsa və hökumət əmanətçilərin itkilərini kompensasiya etməyə başlarsa, inflyasiya yenidən yüksələr, defisit artar.

Mənbə: AzadlıqRadiosu
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button