2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Lirə yenə ucuzlaşdı: Türkiyə 307 milyard dollar itirə bilər

“Bu, iqtisadiyyata yanlış inzibati müdaxilələrin nəticəsidir”

Türkiyədə lirənin dollar qarşısında növbəti enişi milli gəlir hesablarını dəyişib.

Saytların yığılması Saytlarin yigilmasi

Hökumətin ötən ilin sentyabrında açıqladığı və 2022-2024-cü illəri əhatə edən Ortamüddətli Proqramda aparılan hesablamalar bu il dolların orta məzənnəsinin 9.27 olacağı ehtimalına əsaslanıb.

Hazırda isə 17.26 türk lirəsinə bərabərdir.

“Deutsche Welle” yazır ki, 13 lirədən artıq bahalaşan dolların məzənnəsi ilin əvvəlindən bu yana 28 faiz artımla 17 lirə səviyyəsini keçib. Bununla da illik orta məzənnə 14,51 səviyyəsinə çatıb.

Devalvasiya Türkiyənin milli gəlirini 543 milyard dollara endirib. Adambaşına düşən illik gəlir 6 min 354 dollara düşüb (10,795.31 manat).

Ekspertlər bildirirlər ki, İqtisadiyyat Nazirliyi ilin sonunadək addım atmasa, adambaşına 3 min 593 dollar yoxsullaşan (6,104.43 manat) Türkiyə kağız üzərindəki milli gəlirindən 307 milyard dollar itirəcək.

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) iyunun 8-də dərc etdiyi “İqtisadi Görünüş” hesabatında Türkiyə üçün 2022-ci il ÜDM-in artım proqnozunu yüzdə 3,7 olaraq açıqlanıb.

OECD yüksək inflyasiyanın və istehlakçı inamının azalmasının istehlakçı xərclərini məhdudlaşdıracağını, investisiyaların isə geosiyasi amillərdən və maliyyə şərtlərindəki qeyri-müəyyənlikdən mənfi təsirlənəcəyini qiymətləndirib.

Beynəlxalq Valyuta Fondu (BVF) apreldə Türkiyə üçün artım proqnozunu 3,3 faizdən 2,7 faizə endirib.

Beynəlxalq kredit reytinq agentliyi Moody’s tərəfindən mayda açıqlanan artım gözləntisi 3,5 faiz olduğu halda, Dünya Bankının artım proqnozu 2,3 ​​faiz olaraq qalıb.

İqtisadçılar bu qənaətdədirlər ki, Türkiyədə valyuta məzənnələrindəki yüksəlişi və inflyasiyanın qarşısını almaq üçün pul siyasətinin təsirli alətlərindən biri olan faiz artımından qaçmaq, dünya üzrə mərkəzi bankların 2012-ci ildə iqtisadi artıma məruz qaldığı dövrdə iqtisadiyyata inamı zədələyib.

Buna uyğun olaraq, iqtisadiyyat rəhbərliyinin faiz dərəcələrini artırmaq əvəzinə istifadə etdiyi alətlər müvəqqəti həll yolu təklif edərkən, investorlar təhlükəsiz limanlara üz tutur və məzənnə artımı sürətlənir.

Azərbaycanlı iqtisadçı Qubad İbadoğlu – ötən ilin dekabrında türk lirəsinin “sabitləşmə”sinin uzunmüddətli olmayacagını, “U” dönüşü edəcəyini bildirmişdi.

O qeyd edir ki, bu gün türk lirəsi dollar qarşısında daha böyük hesabla yenilib: 1 dollar 17 lirəni keçib.

İqtisadçının fikrincə, bu nisbət Türkiyədə iqtisadiyyata yanlış inzibati müdaxilələrin nəticəsidir.

Bu siyasətin nəticəsi yalnız məzənnədə deyil, demək olar ki, üçrəqəmli olan infiyasiyada, artan xarici borclarda və tədiyə balansının kəsrində də özünü göstərir: “Bu, təxminən 2 il əvvəl də görsənirdi. Lirənin bugünkü halı məyusedicidir. Təəssüf ki, güclü Türkiyə Azərbaycan üçün də çox önəmlidir”.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button