2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Litva parlamentinin üzvləri Azərbaycanı jurnalistləri azad etməyə çağırır

“Azərbaycan beynəlxalq hüquqi prinsiplərə əməl etmir”

Saytların yığılması Saytlarin yigilmasi

 

Litva parlamentinin 14 üzvü Azərbaycan hökumətini insan hüquqlarına hörmətlə yanaşmağa və bu yaxınlarda həbs olunmuş iki jurnalisti azad etməyə çağırıb. 

Onlar Gürcüstanda həbs edilərək Azərbaycana gətirilən, sonradan qaçaqmalçılıq və sərhəddi qanunsuz keçməkdə ittiham olunan Əfqan Muxtarlı və polisdə işgəncələrə məruz qalan Nicat Əmiraslanovdur. 

“Turan” yazır ki, sənədin təşəbbüsçüləri müxalifətdə olan Vətən İttifaqı və Liberal Alyansın üzvləridir.

Müraciəti imzalayan deputatlar Azərbaycanla parlament əlaqələrinin dəstəklənməsinə cavabdeh olan parlament qrupuna daxildir.

“Azərbaycan öz ərazi bütövlüyündən danışarkən beynəlxalq hüquq prinsiplərinə tərəfdar olduğunu bildirir. Amma ölkə özü də bu prinsiplərə əməl etməlidir”, – müraciətin təşəbbüsçülərindən biri Arvidas Anusauskas belə deyib. Məlumatı Litvanın 15min.lt. İntermet-resursu yayıb.

Ancaq ölkədəki hakim Kəndlilər və Yaşıllar Partiyasının heç bir üzvü sənədi dəstəkləməyib. Sənəd Azərbaycanın Vilnüsdəki səfirliyinə göndərilib.

Jurnalist Əfqan Muxtarlı mayın 29-u saxlanıb. O, Gürcüstandan zorla Azərbaycana gətirildiyini deyir. Jurnalist Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə hakimiyyət nümayəndəsinə müqavimət və ya zor tətbiq etmədə ittiham olunur.

Bundan başqa, ona 318.1, 206.1 maddələr ilə – sərhədi qanunsuz keçmə və qaçaqmalçılığa görə də ittiham irəli sürülüb. Məhkəmənin qərarı ilə ona da ilkin istintaq dövründə 3 aylıq həbs cəzası verilib. Ə.Muxtarlı saxlanarkən işgəncələrə məruz qaldığını və sərhəddə gətirilərək cibinə 10 min avro pul qoyulduğunu deyir.

Jurnalist Nicat Əmiraslanov isə Qazaxda fəaliyyət göstərirdi. Bu il mayın 22-də polisin əmrinə tabe olmamaqda günahlandırılaraq Qazax rayon Məhkəməsinin qərarı ilə 30 sutkalıq inzibati həbs cəzası alıb.

24saat.org

Mənbə – www.meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button