Loading...
Loading...
SEÇMƏ

Litva Prezidenti Kiyevdə Ukrayna xalqına müraciət edəcək

Yayımlandı: 28 İyul 2022 12:32

Nauseda Zelenskiyə “Böyük Vitautas” ordenini təqdim edəcəyini deyib

Litva Prezidenti Gitanas Nauseda Ukraynanın Dövlətçilik Günü ilə əlaqədar Kiyevə gəlib.

Bu barədə Prezident Gitanas Nauseda “Twitter” səhifəsində paylaşım edib.

“Mən Kiyevə yeni gəlmişəm. Ukraynanın ilk dəfə Dövlətçilik Gününü qeyd etdiyi bu əlamətdar gündə mən Ali Radada Ukrayna xalqına müraciət edəcəyəm”, – deyə Nauseda bildirib.

O, Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşəcək və ona Litvanın ən yüksək dövlət mükafatı olan “Böyük Vitautas” ordenini təqdim edəcək.

Xatırlatma

Rusiya Prezidenti Vladimir Putin Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan etdikdən 2 gün sonra, fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlayıb.

Dünyanın əksər ölkəsi Rusiyanın hücumunu pisləyib. Bundan sonra Avropa Birliyi ölkələri, eləcə də ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq edib.

600-dən çox rusiyalı oliqarx, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov sanksiyalara məruz qalıblar.

Rusiyada təşkil olunacaq yarışlar təxirə salınıb, bu ölkənin adı mühüm tədbirlərdən və təşkilatlardan çıxarılıb.

Aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib.

Rusiya isə Avropa Şurası üzvlüyündən çıxıb.

Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur.

İyunun 25-də Avropa İttifaqının 12 ölkəsi Rusiya qazının tədarükündən tamamilə və ya qismən imtina edib.



Meydan TV

Gözdən qaçırmayın:  Sabunçunun qəsəbələrinə gedən yolların təmiri üçün 7,5 milyon manat ayrıldı

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button