Dünya

Litva ‘Şoyqunun qızını’ vətəndaşlıqdan məhrum edə bilər

Bundan əvvəl təhqiqat jurnalistləri yazmışdılar ki, Darya Kaminskas Şoyqunun köhnə tanışı Yelena Kaminskasdan olan qızıdır

Rusiya müdafiə naziri Sergey Şoyqunun ehtimal edilən qızının atalığı Litva vətəndaşlığından məhrum edilə bilər.

O Litva dövlətinə Rusiya vətəndaşlığı aldığına dair məlumat verməyib.

Əgər bu baş verərsə, onun yetkinlik yaşına çatmamış qızlığıın Litva vətəndaşlığı da ləğv oluna bilər.

Bu barədə məlumatı Litva mediası verib.

Bundan əvvəl jurnalist təhqiqatı bu nəticəyə gəlmişdi ki, litvalı Adolfas Kaminskas 2022-ci ilin yazından gec olmayaraq Rusiya vətəndaşlığı alıb.

Litva qanunlarına görə üzrlü səbəb olmadan başqa ölkənin vətəndaşlığını qəbul edən şəxslər Litva vətəndaşlığından məhrum edilirlər.

Litvanın Miqrasiya Nazirliyi bildirib ki, Kaminskasa oktryabrın 17-də ikili vətəndaşlığına dair sorğu göndərib.

Şoyqu şərh etmir

Nazirliyin bildirdiyinə görə o müəyyən edilmiş vaxtda bu sorğuya cavab verməsə böyük bir ehtimalla vətəndaşlıqdan məhrum ediləcək.

Bu da qeyd olunur ki, eyni zamanda Kaminskasın yetkinlik yaşına çatmamış uşaqlarının, o cümlədən Şoyqunun qızı olduğu deyilən Daryanın vətəndaşlıq məsələsinə baxılacaq. O Litva pasportunu üç il əvvəl qızlığa götürülərkən alıb.

Bundan əvvəl təhqiqat jurnalistləri yazmışdılar ki, Darya Kaminskas Şoyqunun köhnə tanışı Yelena Kaminskasdan olan qızıdır.

Şoyqu bu məlumatları şərh etməmişdi.

Rəsmi bioqrafiyasına görə Rusiya naziri bir dəfə, o da tələbəlik illərində evlənib.

24 saat” “
Litva ‘Şoyqunun qızını’ vətəndaşlıqdan məhrum edə bilər
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Gözdən qaçırmayın:  Qərb eksperti Putinin hədələri haqda: ‘Bu tələyə düşməməliyik’

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button