Bizim tərcümə

Livan suriyalı qaçqınları geri göndərir

2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər

2022-10-27 08:00:14

2011-ci ildə başlayan Suriya Müharibəsi hələ 11-ci ilini keçərkən, milyonlarla suriyalı qaçqın Türkiyə və Livan kimi qonşu ölkələrdə yaşamağa davam edir. Tarixinin ən çətin iqtisadi böhranlarından birini yaşayan Livan hökuməti suriyalı qaçqınları öz ölkələrinə geri göndərməyə başlayıb. Dünən 700-ə yaxın suriyalı böyük çamadanlar və ev əşyaları ilə sərhədi keçərək ölkələrinə daxil olub.

Saytların yığılması Saytlarin yigilmasi

“KÖNÜLLÜ” ƏSASDA

Livan hökuməti Milli Təhlükəsizlik Agentliyinin koordinasiya etdiyi ekstradisiya prosesinin tamamilə könüllü olduğunu açıqlayıb. Livan tərəfindən 2018-ci ildə elan edilən suriyalı qaçqınların geri qaytarılması prosesi COVID-19 pandemiyası səbəbilə təxirə salınıb. Bir çox beynəlxalq təşkilatlar, xüsusilə də Birləşmiş Millətlər bu təcrübənin suriyalıların həyatını riskə atdığı qənaətindədir. Bununla belə, Livan prezidenti Mişel Aun bütün beynəlxalq etirazlara baxmayaraq, hər ay 15 min suriyalı qaçqını deportasiya etmək planından geri çəkilməyəcəklərini bildirib.

Livan suriyalı qaçqınları geri göndərir

‘TƏHLÜKƏSİZ’ OLMAYA BİLƏR

Livanda təxminən 2 milyon suriyalı qaçqının yaşadığı təxmin edilir, onlardan 830 mini BMT-nin qeydlərindədir. 2017-ci ildə proqram çərçivəsində 400 min suriyalı öz ölkələrinə geri göndərilib. Livan geri qaytarılmaların “könüllü” olduğunu iddia etsə də, insan haqları təşkilatları təzyiq olduğunu bildirir. Amnesty-nin Yaxın Şərq və Şimali Afrika rəsmisi Diana Semaan, “Məlumdur ki, Livandakı suriyalı qaçqınlar geri qayıtmaları ilə bağlı azad və məlumatlı qərar qəbul etmək iqtidarında deyillər”.

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button