2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Liviya Türkiyə qüvvələrini də ölkədən çıxmağa çağırır

Liviyanın BMT tərəfindən tanınmış qanuni hökumətinin xarici işlər naziri bütün xarici qoşun və muzdluların ölkədən çıxmasına çağırıb.

Türkiyəyə açıq işarə edən keçid xarici işlər naziri Najla əl-Manquş mayın 3-də ölkədə səfərdə olan Türkiyə xarici işlər naziri Mevlud Çavuşoğlu ilə birgə keçirdiyi mətbuat konfransında Ankaranı BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasına dəvət edib.

Saytların yığılması Saytlarin yigilmasi

Təhlükəsizlik Şurasının qətnamələri Liviyadakı 20 min xarici döyüşçünün oradan çıxarılmasını nəzərdə tutur.

Mevlud Çavuşoğlu bildirib ki, paytaxt Tripoli Xəlifə Həftarın qoşunlarının hücumuna məruz qalanda Türkiyə Liviyanın qanuni hökumətinə dəstək verən yeganə ölkə olub:

“Tripolyə hücum zamanı qanuni hökumət biz də daxil bəzi ölkələri dəvət etmişdi. Bu çağırışa yalnız Türkiyə hay vermişdi”.

Türkiyə naziri bildirib ki, Ankara və Tripoli arasında təhlükəsizlik və hərbi əməkdaşlıq vətəndaş müharibəsinin və insan faciəsinin qarşısını alıb.

TRT-nin verdiyi xəbərə görə Çavuşoğlu bəyan edib ki, Türkiyə Liviyanın ərazi bütövlüyü, suverenliyi, müstəqilliyi və siyasi birliyinin saxlanmasını mühüm məsələ hesab edir.

Söhbət bütün xarici qüvvələrdən gedir

Liviya NATO tərəfindən dəstəklənən qiyamdan və 2011-ci ildə diktator Müəmmər Qəzzafinin devrilməsindən sonra vətəndaş müharibəsinə yuvarlanıb və ölkə faktiki olaraq müxtəlif xarici qüvvələr tərəfindən dəstəklənən iki hissəyə bölünüb.

Mart ayında təşkil edilmiş keçid hökuməti dekabrın 24-də keçiriləcək parlament seçkisindən əvvəl ölkənin birləşdirilməsi vəzifəsini qarşıya qoyub.

Türkiyə 2019-cu ildə qiyamçı general Xəlifə Həftarın qanuni hökumətin üzərinə hücumunu dəf etmək üçün ölkəyə qoşun hissələri və Suriya muzdlularını gətirib.

BMT ekspertləri mart ayında diqqəti Rusiyanın Vagner özəl hərbi şirkətinin muzdluları da daxil çoxsaylı xarici qüvvələrin mövcudluğuna çəkmişdi.

Liviyaya qarşı silah embarqosuna nəzarət edən ekspertlər deyirlər ki, qadağanın pozulması “geniş, açıq və sanksiyalara tam ehtiramsızlıq” xarakteri daşıyır.

Aprel ayının əvvəllərində Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel BMT qətnamələrinə dəstək verərək bütün xarici qüvvələrin Liviyanı tərk etməsinə çağırmışdı.

24 saat” “Liviya Türkiyə qüvvələrini də ölkədən çıxmağa çağırır” başlıqlı yazını “Azadlıq Radiosu”na istinadən dərc edib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button