2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Liviyada həbs olunmuş azərbaycanlılardan biri ölüb

Elşad Hüseynov ürək çatışmazlığından vəfat edib

Saytların yığılması Saytlarin yigilmasi

Bir ildən artıq Liviyada saxlanılan 48 yaşlı Elşad Hüseynov vəfat edib.

O, ötən il fevralın 13-də saxlanılan 3 şəxsdən biri idi.

Həyat yoldaşı Səkinə Hüseynova APA-ya deyib ki, E.Hüseynov martın 5-də ürək çatışmazlığından ölsə də, onun meyiti martın 29-da Azərbaycana gətirilib. Bu məsələdə Azərbaycan Xarici İşlər Nazirliyinin və azərbaycanlıların çalışdığı Türkiyənin “Sayğı Dənizçilik və Elektrik San.” şirkətinin birgə köməkliyi olub.

Liviyada saxlanılan “Captan Xayyam” gəmisində 3 azərbaycanlı, 1 türk və 4 ukraynalı heyət üzvü olub. Saxlanılanlar digər azərbaycanlılar 41 yaşlı Əliağa Babayev və Elmixan Bağırovdur.

Onlar dizel yanacağı qaçaqmalçılıq ittihamı ilə həbs olunublar. Əliağa Babayevin əmisi oğlu Əli Babayev deyib ki, onunla ötən il dekabrda Xarici İşlər Nazirliyinin vasitəçiliyi ilə telefon əlaqəsi saxlayıblar:

“Biz bir neçə dəfə Liviyanın Azərbaycandakı səfirliyinə də müraciət etmişik. Lakin səfirlik də bildirir ki, orada dövlət idarəçiliyi ilə bağlı vəziyyət yaxşı deyil. Biz şirkətdə Murad adlı əməkdaşla da daim əlaqədəyik. Şirkət bildirir ki, Liviya hökuməti gəmi üzvlərinin qaytarılmasının qarşılığında pul istəyir. Lakin şirkət pul verildikdən sonra onların qaytarılmayacağından ehtiyatlanır. Bu səbəbdən qəbz və ya bank hesabı tələb edirlər”.

Ötən ilin fevralında Liviyada daha 3 azərbaycanlı saxlanılıb. Onlar isə işləmək üçün Türkiyəyə gedən kapitan Namiq Salamov, matros Fərid Əliyev və motorçu Möhlüd Rəşidbəylidir.

Onlar “Gebze Denizçilik” şirkətinə məxsus “Kalkanlar 1” gəmisində Liviya sahillərində olarkən ötən il fevralın 21-dən etibarən onlardan heç bir məlumat alınmayıb. Fərid Əliyevin qardaşı Zaur Əliyev də onunla yaxınlarda əlaqə saxlayıb.

“Hər dəfə 5-10 gün sonra buraxılacaqları deyilsə də, məsələ aylarla uzadılır. Onlar orada pis şəraitdə saxlanılırlar. Biz və saxlanılan digər azərbaycanlıların ailələri çox narahatıq. Artıq onlardan birinin meyiti (Elşad Hüseynov-red.) gətirilib. Biz yaxınlarımızın da bu aqibəti yaşayacağından qorxuruq. Əgər ölənin meyiti gətirilirsə, deməli, sağ qalanlar da gətirilə bilər.

Qardaşım deyir ki, azərbaycanlılar bir qrup şəxslə birlikdə Liviyada müxalif silahlı birləşmə olan “Dövləti İslamiyə” tərəfindən əsir götürülüb. Sonra Misurata şəhərin ordu həmin şəxsləri azad edəndə azərbaycanlılar da onlarla birlikdə azad olunub. Hazırda onlar Misurata həbsxanasında saxlanılır”.

24saat.org

Mənbə – www.meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button