2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Liz Trass: Britaniya siyasətinin yüksələn ulduzu

Britaniyanın hakim Mühafizəkarlar Partiyasındakı liderlik yarışının ilk mərhələsində iki finalçıdan biri olan xarici işlər naziri Liz Trass vaxtilə məktəb tamaşasında Marqaret Tetçeri canlandırıbmış. İndi o, real həyatda baş nazirliyə namizəddir.

Partiyanın deputatları Boris Consonun yerinə keçmək istəyən namizədlərdən birini seçmək üçün beş dəfə səs veriblər, axıra qalanlar maliyyə naziri Rişi Sunak və xarici işlər naziri Liz Trassdır.

Onlardan hansının Mühafizəkarlar Partiyasının lideri və Baş nazir olacağına artıq partiyanın bütün üzvləri qərar verəcəklər.

Saytların yığılması Saytlarin yigilmasi

BBC-yə açıqlamasında son iyirmi ildə özünün də daxil olduğu hökumətlərin iqtisadi böyüməyə nail ola bilmədiyini deyən Trassı maliyyə naziri Sunakdan fərqləndirən ən mühüm məqam vergiləri azaltmaq vədidir. Trass bunun inflyasiyaya səbəb olmayacağını, boğulan iqtisadiyyata təzə nəfəs verəcəyini bildirir.

Trassın digər vədləri:

  • son bir ildə artırılan sosial sığorta haqlarının yenidən azaldılması;
  • 2023-cü ildə 19 faizdən 25 faizə yüksəldilməsi nəzərdə tutulan korporativ vergi artımının ləğv edilməsi;
  • “Yaşıl” layihələrə xərclənəcək enerjinin qiymətinə əlavə edilmiş verginin dondurulması;
  • Pandemiya dövründəki vergi borclarının müddətinin uzadılması və və dövlət tərəfindən ödənilməsi;
  • Ölkənin müxtəlif yerlərində azad ticarət zonalarının yaradılması;
  • Müdafiə büdcəsi üçün nəzərdə tutulan məbləğin yarım bənd artırılaraq 2026-cı ildə  ÜDM-in 2,5 faizinə, 2030-cu ildə isə 3 faizinə çatdırılması.

Valideynləri solçudurlar

46 yaşlı Liz Trass Britaniyanın ikinci qadın xarici işlər naziridir. Parlamentə seçiləndən sonra hökumətdə daxili və xarici siyasətlə bağlı bir sıra mühüm vəzifələrdə çalışıb.

1975-ci ildə Oksfordda anadan olan Trassın atası riyaziyyat professoru, anası tibb bacısıdır. Hər ikisinin solçu olduğunu deyən nazir onların yolunu davam etdirməyib.

Qardaşı bir dəfə BBC radiosuna deyib ki, uşaq vaxtı Lizlə birlikdə “Monopoliya” oynamağı xoşlayıblar və uduzmağa nifrət edən Liz məğlub olmaqdansa yoxa çıxmağı üstün tutub.

Oksford Universitetində fəlsəfə, siyasət və iqtisadiyyat üzrə təhsil alan Trass tələbələr arasındakı siyasi fəaliyyətlərdə fəal iştirak edib; əvvəlcə Liberal Demokrat Partiyasına, sonra isə Mühafizəkarlar Partiyasına üzv olub.

Təhsilini bitirəndən sonra “Shell və Cable & Wireless” şirkətlərində mühasibatlıq departamentində çalışıb, amma hələ o vaxtdan siyasətlə məşğul olmaq istəyib.

Alovlu “pendir” nitqi

Trass siyasət meydanına 2001-ci ildə gəlib, amma 2001 və 2005-ci illərdə deputat seçilə bilməyib.

2006-cı ildə Londonun Qrinviç şəhər şurasının üzvü seçilib. 2008-ci ildən etibarən sağ mərkəzçi “Reform” mərkəzinin vitse-prezidenti vəzifəsini icra edib.

2010-cu ildə – Devid Kameronun rəhbərliyi dövründə Cənub-Qərbi Norfolk bölgəsindən deputat seçilib.

Elə həmin dövrdə Britaniyanı beynəlxalq səviyyədə gücləndirmək üçün dövlətin iqtisadiyyata müdaxiləsini minimuma endirməyə çağıran şəxslərlə – “Britannia Unchained” kitabının müəllifləriylə bir araya gəlib və Mühafizəkarlar Partiyasında azad bazarın qatı müdafiəçilərindən biri kimi tanınıb.

2012-ci ildə təhsil nazirinin müavini olaraq  mühafizəkarlarla liberal demokratların birlikdə qurduğu koalisiya hökumətində təmsil olunub. Təhsil islahatları məsələsində Liberal Demokratlar Partiyasının lideri Nick Clegglə qarşı-qarşıya gəlib.

2014-cü ildə ətraf mühit, ərzaq və kənd təsərrüfatı naziri vəzifəsinə təyin edilib.

2015-ci ildəki partiya konfransında Britaniyanın pendir idxalı haqqında uzun və alovlu  çıxışına görə bir müddət məsxərəyə qoyulub, amma yüksəlişi davam edib.

2016-cı ildə keçirilmiş referendumda Avropa İttifaqında qalmağa səs verib.

“Sun” qəzeti üçün yazdığı məqalədə “Brexit”-in “üçlü faciə” olacağını, Aİ ilə ticarətdə  bürokratiyanı və direktivləri artıracağını qeyd edib. Amma sonradan “Brexit”-in hər şeyi yenidən formalaşdırmaq fürsəti yaratdığını deyərək fikrini dəyişib.

2016-cı ildə – Tereza Mey hökumətində ədliyyə naziri vəzifəsinə gətirilib. Bir il sonra hökumətin iqtisadi proqramının “ürəyi” olan quruma – Xəzinədarlığa baş katib təyin edilib.

2019-cu ildə – Boris Conson hökumətində beynəlxalq ticarət naziri, sonra isə xarici işlər naziri olub.

Liz Truss
Ukraynaya hücumdan bir neçə həftə əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Liz Trassın birgə mətbuat konfransında soyuq külək əsmişdi

Rusiya Ukraynaya hücum edəndə buna qarşı ən sərt mövqe tutanlardan biri Trass olub. O, Rusiya qoşunlarının Ukrayna ərazisindən çıxarılmalı olduğunu vurğulayıb. Ukraynada  döyüşə biləcək britaniyalıları dəstəkləyən açıqlamalarına görə tənqid edilib.

Xarici işlər naziri postunda Aİ və Britaniya arasındakı mübahisəli Şimali İrlandiya Protokolu məsələsini  bu qurumla “Brexit”-dən sonra əldə edilmiş razılaşmanın bəzi müddəalarını pozaraq həll etməyə çalışıb, Aİ buna görə Trassı sərt şəkildə tənqid edib.

24 saat” “Liz Trass: Britaniya siyasətinin yüksələn ulduzu” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button