Loading...
Loading...
Cəmiyyət

“Location”dakı partlayışda məşhur şirkətin meneceri də ağır yaralanıb – Fotolar

“Location” klubundakı partlayış zamanı daha bir əcnəbinin xəsarət aldığı müəyyənləşib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə zamanı “Location” klubla üzbəüz “Room” restoranın qarşısında dayanan italiyalı iş adamı Miçelle Balleri ağır yaralanıb.

Məlum olub ki, o, Bakıda fəaliyyət göstərən tanınmış neft şirkəti “Saipem”in əməkdaşıdır. İlkin məlumata görə, M. Balleri 8 ilə yaxındır Azərbaycanda çalışır və şirkətin rəhbər şəxslərindən biridir.

Başından zədə alan Miçelle Ballerinin müalicə üçün İtaliyaya göndərildiyi bildirilir.

Hadisə zamanı “Room” restoranının önündə dayanan italiyalı mühəndisin başına partlayışın təsirindən qoparaq uçan taxta dəymişdi. Həmin anın görüntüləri “Room” restoranının təhlükəsizlik kameralarına da düşmüşdü.

Qeyd edək ki, “Saipem” şirkəti Azərbaycanda BP-nin əsas podratçılarından biridir.

 

 

24 saat” ““Location”dakı partlayışda məşhur şirkətin meneceri də ağır yaralanıb – Fotolar” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Gözdən qaçırmayın:  Ukraynada girov götürülən azərbaycanlı tələbə azad edilib - FOTO

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button