2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Texnologiya

Locavis: Azərbaycanda ilk avtomobil paylaşma platforması

    Locavis Azərbaycanda təsis edilmiş ilk avtomobil paylaşma platformasıdır. Locavis istifadəçilərin nəqliyyat vasitələrini asanlıqla paylaşa biləcəkləri və gəlir əldə edə biləcəkləri bir sistemdir.

    Locavis vasitəsilə həm avtomobil icarəyə götürmək, həm də şəxsi avtomobili paylaşmaq mümkündür. Platformadan həm şirkətlər, həm də fiziki şəxslər istifadə edə bilər. Belə ki, istifadəçilər mobil tətbiq vasitəsilə onlara ən yaxın avtomobili axtarıb tapa və onun şərtləriylə tanış ola bilərlər.

Saytların yığılması Saytlarin yigilmasi

    Platformadan nəqliyyat vasitələrini paylaşan hüquqi və fiziki şəxslər istənilən qiymətə və münasib şərtlərlə təklif edə bilər. Bundan əlavə seçilən nəqliyyat vasitəsinin istənilən yerə çatdırılması da mümkündür. Locavis-in üstünlüklərindən biri də heç bir ödəniş almadan istifadəçiyə avtomobilini istənilən şəxsə, istənilən qiymətə icarəyə verməyə şərait yaratmasıdır.

    Şirkətin məqsədi dünyanın hər yerində “car share” və transportu məkanın və ya ölkənin dəyişilməsindən asılı olmayaraq asan və əlçatan etmək, qiymətlərinin ucuz və keyfiyyətliliyini təmin etmək, rəqəmsal bazardan gəlir əldə etmək üçün yeni sahə yaratmaq və ekoloji cəhətdən təmiz və zərərsiz enerji növlərindən istifadəyə təşviq etməkdir.

    “Locavis” qlobal istiləşmə probleminin də fərqindədir.

    Ümumiyyətlə texnologiya və istehsalın artması nəticəsində artıq bəzi dünya ölkələrində şəxsi avtomobil istifadəsi ən yuxarı həddə çatmışdır. Və bu da hər il artan qlobal istiləşmə faizini və onun fəsadlarını gün keçdikdə diqqətə çarpacaq dərəcəyə çatdırır. Lakin Locavis də öz növbəsində qlobal istiləşməni dayanırmağa çalışır. Avtomobil paylaşımı əslində fərdi şəxslərin şəxsi avtomobil sahibi olmağa ehtiyac duymamaları üçün yaradılmışdır. Belə ki paylaşım qiymətlərini kifayət qədər sadələşdirən tətbiqin həmçinin ecofrienly siyasətinə əsasən Elektrikli və digər Green Vehicles adlanan kateqoriyadaki nəqliyyat vasitələrinə verilən üstünlük , aşağı faiz komissiyaları və istifadəçilər tərəfindən artan tələbat digər avtomobil sahiblərini də bu kategoriyaya keçməyə təşviq etməklə bərabər həmçinin elektroavtomobillərin sayının artmasına xidmət edir . Ekoloji cəhətdən təmiz vərdişlər və ya təcrübələr qazanmaq, ətraf mühitin çirklənməsinə daha az təsir etmək, həmçinin avtomobil sahiblərini və icarə edənləri əlavə xərclərdən(yanacaq, mühərrik yağının, filterlərin dəyişdiririlməsi və s.) azad etmək və bununla da vaxtlarına qənaət üçün ekoloji cəhətdən daha təmiz nəqliyyat vasitələrinin istifadəsi və daha da geniş yayılması nəzərdə tutulub. Məhz bu buna görə də gələcək 5 ildə Locavisin eco friendly daxilində bir sıra ölkələrdə tətbiqi, istifadəsi və daha da geniş yayılması nəzərdə tutulub.

24 saat” “Locavis: Azərbaycanda ilk avtomobil paylaşma platforması” başlıqlı yazını “technote”-yə istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button