2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
GündəmSiyasət

London Avropa İttifaqından çıxışa start verdi

Britaniyanın baş naziri özlkəsinin Avropa İttifaqından çıxması prosesinə rəsmi start verib.

Theresa May Lissabon müqaviləsinin 50-ci maddəsini işə salmaq barədə məktubu imzalayıb. İndi bu məktub Avropa Şurasının prezidenti Donald Tusk-a təqdim olunmalıdır.

Saytların yığılması Saytlarin yigilmasi

Aİ Nizamnaməsinin 50-ci maddəsi üzv ölkələrin üzvlükdən çıxmasını nəzərdə tutur.

Baş nazirin məktubu cənab Tusk-a martın 29-da Britaniya yay vaxtı ilə saat 12:30-da təqdim olunacaq.

Məhz bu, Britaniyanın Avropa İttifaqından ayrılmasının başlanğıc anı olacaq.

Lakin bu, həm də ölkənin parçalanmasının başlanğıcı ola bilər.

Şotlandiya da Britaniyadan çıxa bilər

Britaniyanın bir hissəsi olan Şotlandiyanın parlamenti müstəqilliyə dair daha bir referendumun keçirilməsi barədə qərar qəbul edib.

Bu məsələnin parlament müzakirəsinə çixarılmasının təşəbbüsçüsü Şotlandiyanın birinci naziri Nicola Sturgeon idi. Xanım Sturgeon rəsmən Şotlandiyanın başçısı hesab olunur.

Şotlandiya millətçilərinin lideri Nicola Strurgeon müstəqillik referendumunun razılığını alıb

Şotlandiya millətçilərinin lideri Nicola Strurgeon müstəqillik referendumunun razılığını alıb

Şotlandiyanın millət vəkilləri ikinci referendumun 2018-ci ilin payızı ilə 2019-cu ilin yazı arasında keçirilməsi barədə qərar qəbul ediblər.

Yeni referendumun keçirilməsi leyhinə deputatların 69-u, əleyhinə isə 59-u səs verib.

Şotlandiya sakinləri Britaniyanın Avropa İttifaqından çıxmasının əleyhinə idilər.

Şotlandların əksəriyyəti 2016-cı ilin iyununda keçirilmiş referendumda Birləşmiş Krallığın Avropa İttifaqı tərkibində qalmasına səs vermişdi.

Britaniya qanunlarına görə müstəqillik referendumunun keçirilməsi üçün xanım Sturgeon Londondan əvvəl Şotlandiya parlamentinin razılığını almalı idi.

Bundan əvvəl rəsmi London Britaniya Avropa İttifaqından çıxanadək Şotlandiyada müstəqillik referendumunun keçirlməsinə icazə verilməyəcəyini bəyan etmişdi.

2014-cü ilin sentyabrında Şotlandiyada müstəqillik referendumu keçirilsə də, bu səsvermədə kiçik fərqlə Britaniyanın bütövlüyünü istəyənlər qalib gəlmişdilər.

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button