2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

London “bir gün peşiman olacağı qərar qəbul edib”

“The Guardian” yazır ki, Almaniya kansleri Angela Merkel Britaniyanın baş naziri Theresa May-in əsas Brexit tələblərindən birini qətiyyətlə rədd edib.

Xanım May ölkəsinin Avropa İttifaqından (Aİ) çıxmasına dair danışıqlarla eyni vaxtda Britaniya və Aİ arasında gələcək münasibətlərin müzakirəsini istəyirdi.

Saytların yığılması Saytlarin yigilmasi

Kansler Merkel deyib ki, “biz əvvəlcə bizi birləşdirən bağları necə sökəcəyimiz barədə razılığa gəlməliyik”.

“Yalnız bundan sonra, ümid edirəm ki, tezliklə gələcək münasibətlərimiz barədə danışıqlara başlaya bilərik” – deyib Merkel.

Aİ-nin əsas təsisatları və qalan 27 üzvü Britaniyanın ayrılması ilə əlaqədar yaranacaq bir sıra problemlərin Brexit barədə əsas danışıqlardan əvvəl həll edilməsini tələb edirlər.

Söhbət ilk növbədə Britaniyada yaşayan və işləyən Avropa vətəndaşlarının gələcəyindən gedir.

Bu arada Avropa Şurasının prezidenti, Polşanın keçmiş baş naziri Donald Tusk Theresa May-in Brexit barədə rəsmi məktubunu aldığını təsdiq edib və deyib: “Özümüzü aldatmayaq ki, guya bu çox yaxşı bir gündür”.

Tusk deyib ki, indi Britaniyanın məktubu əsasında bu ölkənin Avropa İttifaqından çıxması prosedurları işlənib hazırlanacaq və bu barədə bir ay müddətində məlumat veriləcək.

“Daha nə əlavə edə bilərəm, – deyib Tusk, – Biz artıq indidən sizin üçün darıxmışıq. Sağ olun, salamat qalın”.

Lakin Avropa İttifaqının digər üzvləri Britaniyanın ittifaqdan çıxması barədə belə mütəəssir edən sözlər deməyiblər. Fransa prezidenti Francois Hollande deyib ki, “Brexit britaniyalılar üçün ağrılı olacaq”.

Avropa Komissiyasının prezidenti Jean-Claude Juncker deyib ki, Birləşmiş Krallıq “bir gün peşiman olacağı qərar qəbul edib”.

Bununla yanaşı, o deyib ki, Avropa İttifaqı Britaniya vətəndaşları üçün Avropanın assosiativ vətəndaşı olmaq qapılarını açıq saxlayır.

Bu o deməkdir ki, Avropa İttifaqı vətəndaşı olaraq qalmaq istəyən britaniyalılara belə bir hüquq verilə bilər.

“The Guardian” yazır ki, Britaniyanın Aİ-dən çıxması barədə qərar Avropa Parlamentində səsə qoyulub təsdiq edilməlidir və bu bütün hallarda iki ildən tez baş verməyəcək.

Bu iki il müddətində Britaniyaya Aİ ilə sərbəst ticarəti hüququ verilməsə də, Birləşmiş Krallıq Aİ-dən tam ayrılanadək Avropa Məhkəməsinin yurisdiksiyasında olacaq.

Avropa rəsmiləri bildirirlər ki, hətta Britaniya Aİ-dən tam ayrıldıqdan sonra da bu ölkədə yaşayan Avropa vətəndaşları Aİ məhkəmə instansiyalarına müraciət edə bilərlər.

 

(bbc azəri)

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button