2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

London britaniyalının ölümünə görə Moskvanı ittiham edir

Britaniya Rusiyanın dəstəklədiyi Donbas separatçılarının əsirliyində olan britaniyalı yardım işçisinin ölümü barədə xəbərdən sarsıldığını bildirib

Saytların yığılması Saytlarin yigilmasi

Britaniya Rusiyanın dəstəklədiyi Donbas separatçılarının əsirliyində olan britaniyalı yardım işçisinin ölümü barədə xəbərdən sarsıldığını bildirib.

Rusiyanın Britaniyadakı səfiri hadisə ilə bağlı Xarici İşlər Nazirliyinə çağırılıb.

Ukraynadakı separatçıların verdiyi məlumata görə Pol Yurey həbsdə olduğu müddətdə “xəstəlikdən və stresdən” vəfat edib.

Britaniya xarici işlər naziri Liz Tras iyulun 15-də bu barədə bəyanat verib:

“Britaniyalı humanitar yardım işçisi Pol Yureyin Rusiya proksilərinin həbsxanasındaykən ölməsi xəbərindən sarsılmışam. Bu hadisə üçün tam məsuliyyət Rusiyanın üzərinə düşür”.

Nazir bildirib ki, Yurey əsir götürülərkən Rusiyanın səbəbsiz müdaxiləsin ilə üzləşən Ukrayna xalqına köməklik edən bir humanitrar yardlım işçisi idi.

Separatçıların iddiaları

Donetsk regionundakı separatçıların sözçüsü Darya Morozova iyulun 15-də teleqramda yazıb:

“O iyulun 10-da vəfat edib. 45 yaşlı bu şəxs stresdən və xəstəlikdən ölüb”.

Morozova əlavə edib ki, Yurey diabet xəstəsi idi. Bu məlumat müstəqil mənbə tərəfindən təsdiq olunmayıb.

Yurey aprel ayında separatçılar tərəfindən saxlandıqdan sonra Rusiya dövlət telekanallarında onun əlləriqandallı dindirilməsi nümayiş etdirilmişdi.

QHT-lər və həmkarları Yureyin hərbçi yox, humanitar yardım könüllüsü olduğunu deyirlər.

Rusiyanın dəstəklədiyi separatçılar isə britaniyalının “peşəkar əsgər” olduğunu iddia edir, onu muzdlu döyüşçü olmaqda günahlandırırdılar.

Yureyin qızları may ayında Sky News telekanalına demişdilər ki, “özlərini ən pis xəbərlərə hazırlayırlar”.

24 saat” “
London britaniyalının ölümünə görə Moskvanı ittiham edir
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button