2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

London məscidinin yaxınlığında avtomobillə çox sayda piyada vurulub

Polis artıq bu hadisənin mümkün terror hücumu kimi araşdırıldığını deyir.

Şahidlər hücumun qəsdən törədildiyini deyirlər.

Saytların yığılması Saytlarin yigilmasi

Polis 48 yaşlı bir kişinin saxlandığını bildirib.

Şübhəlinin zehni sağlıq durumunun dəyərləndirilməsi üçün xəstəxanaya aparılıb.

«Hadisə yerində bir nəfər həlak olub», – deyən polis 10 nəfərin də xəsarət aldığını açıqlayıb.

Onlardan ikisinə hadisə yerində yardım göstərilib, səkkizi müalicə üçün xəstəxanaya aparılıb.

+++

Londonun şimalındakı Finsberi Park deyilən ərazidə yerləşən məscidin yaxınlığında piyadaların üstünə avtofurqon sürülüb.

Hadisə yerində bir nəfərin öldüyü xəbər verilib.

Polis bir neçə nəfərin yaralandığını və bir nəfərin həbs olunduğunu bildirib.

Həbs edilən hadisəni törədən maşının sükanı arxasında olub.

Londondakı Finsberi məscidi (Finsbury Park Mosque)

Londondakı Finsberi məscidi (Finsbury Park Mosque)

Polis avtomaşının piyadaların üstünə bilərəkdən sürülüb-sürülmədiyini araşdırır. Hadisə yerinə çox sayda silahlı polis gətirilib.

Britaniya Müsəlman Şurasının Tvitterdə yayılmış bəyanatında deyilir ki, avtofurqon məsciddən, axşam namazından qayıdanların izdihamına çırpılıb.

Şuranın başçısı Harun Rəşid Xan iddia edib ki, avtofurqonun sürücüsü maşını bilərəkdən piyadaların üstünə sürüb.

Polis baş verən hadisəni “ciddi insident”adlandırıb. Xəsarət alanların dəqiq sayı barədə məlumat yoxdur.

Bir nəfərin həbs olunduğu xəbər verilir.

Finsberi məscidi Londonun ən böyük məscidlərindən biridir və böyük müsəlman icmasının yaşadığı ərazidə yerləşir.

Bu məscidin adı, xüsusilə də 11 sentyabr 2001-ci il terror hücumlarından sonra radikal ideologiya ilə əlaqələndirilirdi.

Şahidlər Sky News və BBC telekanallarına 10 nəfərin xəsarət aldığını bildiriblər.

Evening Standard qəzeti yenə də şahidlərə istinadla avtofurqonun içərisində üç nəfərin olduğunu, onlardan ikisinin qaçıb aradan çıxdığını və üçüncü şəxsin ictimaiyyətin nümayəndələri tərəfindən saxlanaraq polisə təslim edildiyini xəbər verir.

Qəzet həmçiinin bir nəfərin bıçaq yarası aldığını yazır.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button